İnsanlara hürriyət, millətlərə istiqlal!

Ənənələrin idarə etdiyi ölkə...

İngiltərə kraliçası da dünyasını dəyişdi: yetmiş il ölkənin kralı olandan sonra, düz 97 yaşında...

Ondan təxminən bir həftə əvvəl daha bir siyasət adamı – Mixail Qorbaçov dünyasını dəyişmişdi. İngiltərə siyasətini krallar yox, baş nazirlər idarə edir. Ona görə də Qorbaçovun təmasları daha çox baş nazir Marqaret Tetçerlə olmuşdu. Amma kraliça ölkənin və dövlətin simvolu idi. Ona görə də demək olar ki, kraliça Elizabet ilə də daha bir siyasət dövrü başa çatdı.

Doğrusu, mən İngiltərəni elə də sevmirəm. Bu ölkəni düşünəndə adamın bədənindən bir soyuqluq keçir – bəli, yağışlı, çiskinli ölkə, sözün lap əsl mənasında dumanlı Albion və sirli Şerlok Holms. Bəli, sobanın qarşısında oturub qəlyan çəkən və növbəti cinayətin üstünü açmağa çalışan məşhur xəfiyyə...

Amma biz ingilislərə və İngiltərəyə çox borcluyuq. Onlar siyasətə çox şey gətiriblər. Fəqət, burada bəndənizi başqa şey düşündürür. Dünyanın üç böyük ideologiyası müvafiq olraq üç prinsipi elan edir və onlara söykənir: mühafizəkarlıq ənənələri, liberalizm azadlığı, sosial-demokratiya isə bərabərliyi təqdir edir. İngiltərə mühafizəkarların ölkəsi, ənənələrin idarə etdiyi ölkədir. Elə krallıq institutu da bu vaxta qədər bunun sayəsində qalıb. Amma dumanlı Albionda azadlıq mühafizəkarlıqla həmişə qoşa olub. Hansı ideologiyanı seçmək lazım gələndə çox adam Britaniya və Yaponiya kimi mühafizəkar ölkələrin adını çəkirlər – hər ikisi həm də azad və yetərincə inkişaf etmiş ölkə, hər ikisi indinin özündə belə krallıq və imperatorluq institutlarına sayğılı bir münasibət göstərən diyar...

Principcə, mühafizəkarlıq və ənənəçilik elə də pis şey deyil. Amma baxır, sən nəyi mühafizə edirsən, hansı ənənələrə sayğı ilə yanaşırsan. Bu baxımdan götürəndə kraliça Elizabet də ideal adam deyiıldi. Amma o daim bir prinsipi rərbər tuturdu: o, millətin və dövlətin simvoludur və onun hər sözü, hər bir hərəkəti diqqət mərkəzindədir...

İnanın, bu asan məsələ deyil. Heç də hər bir adam millətə və dövlətə nümunə ola bilmir. Heç də bütün ənənələr təqdir olunmur. Məsələn, bizdə deyirlər ki, adam kişi olmalıdır. Amma həmişə unuduruq ki, bəs bunun o biri tərəfi də var: kişi də adam olmalıdır. Və yaxud deyirik ki, bəs böyüyə, ağsaqqala hörmət etmək lazımdır. Amma yenə də yaddan çıxarırıq ki, böyük də, ağsaqqal da kiçiklərə hörmət etməli, heç bir vaxt yalan danışmamalı, özündən kiçiklər üçün daim nümunə olmalıdır.

Nəyə görə ingilislər öz krallarına sayğı ilə yanaşıblar?

Ona görə ki, onlar daim cəngavərlik prinsiplərini, nəciblik və zadəganlıq ənənələrini əldə rəhbər tutublar. Səhv etmirimsə, kraliça Elizabetin atası da İngiltərədə böyük hörmət sahibi olmuş, ikinci dünya müharibəsi zamanı heç vaxt Londonu tərk etməmişdi...

Həm də insanlar heç də bütün adət və ənənələrə sayğı ilə yanaşmamalıdırlar. Onları süzgəcdən keçirib yalnız bundan sonra hifz etməlidirlər. Həm də bu, qorxu və dəyənəklə baş verməməlidir: qorxu üstündə qurulan və qəbul edilən hər şey bir gün çökür...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024

20 Avqust 2024

17 Avqust 2024

13 Avqust 2024

10 Avqust 2024

06 Avqust 2024

03 Avqust 2024

30 Iyul 2024