İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölücülərin birləşməsi – Kipr türklərinə düşmən kəsilənlərin erməni, kürd havadarlığı

 

İspaniya Konqresinin üzvü Con İnyarritunun Ermənistana gəlməsi, ölkəmizin sərhədinin yaxınlığında yerləşən Sotk (Zod) qəsəbəsində olması və sosial şəbəkədəki səhifəsində Azərbaycanın əleyhinə videomüraciət paylaşması bir baxımdan anlaşılandır.

Bu adam İspaniyada separatçı bask bölgəsini təmsil edir və dünyanın bir çox yerlərindəki separatçı qurumlara dəstək verməyi özünə borc bilir. Onunla bərabər Kataloniyanı təmsil edən deputat da gəlsəydi, o da bənzər sözlər deyəcək, yazacaqdı.

33.JPG (21 KB)

Nəhayət, biz o fikirləri özümüzdən uzaqlaşdırmalıyıq ki, Avropada, demokratik ölkələrdə yaşayan seçilmiş adamlar (deputatlar, diplomatlar, nazirlər) heç vaxt qırmızı yalan danışmırlar, həmişə dürüst olurlar və bilə-bilə insanları aldatmağı şərəfsizlik hesab edirlər. Elə şey yoxdur, işlərinə gələndə, şəxsi və dövlət maraqları tələb edəndə bal kimi yalan danışır, at kimi üzə durur, hətta haqq-ədalətin ağzına hermetik şəkildə daş da basırlar.

Bu, heç. Son 30 ildə belə şeyləri çox görmüşük, ona görə də ispaniyalı deputatın Sotkda yüzlərlə evin azərbaycanlı hərbçilər tərəfindən bombardman edilərək dağıdılması yalanına təəccüblənəsi deyilik.

Əsas məsələ Avropadakı separatçı qurumların bir çoxunun bir-birinə dəstək verməsidir.

66.jpg (43 KB)

Hazırda bir-birinə arxa-dayaq olmaq istəyən separatçı qurumların ən fəalı Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin əmələ gətirdiyi qondarma qurumdur. Onun müttəfiqi isə Gürcüstandakı Abxaziya və Cənubi Osetiya, Moldovadakı Dnestryanı bölgə, Ukraynadakı Luqansk və Donetsk “respublikalar”ıdır. Beynəlxalq birlik tərəfindən tanınmayan bu qurumların İspaniyada öz müstəqilliyini elan etmiş Kataloniya muxtariyyatı ilə də əlaqələri var, amma himayədarları olan iri dövlətlər bu məsələdə İspaniyaya dəstək verdiyi üçün onlar da susmağa məcburdurlar.

Böyük dövlətlər isə belə məsələlərdə ikili standrt tətbiq etməkdə pərgardırlar. Məsələn, Fransa öz tərkibindəki Korsikanın 45 ildən çoxdur davam edən müstəqillik tələbini hər vəchlə boğduğu halda Azərbaycanın əzəli mahalını qoparmaq istəyən ermənilərə dəstək olur, eyni zamanda Kanadada fransızların kompakt yaşadığı Kvebek əyalətində şiddətlənəsi separatizm hərəkatına dəstək verməyə həmişə hazırdır.

360px-Şimali_Kipr_xəritə.png (24 KB)

Bəs separatçı qurumların havadarlarının 48 ildən bəri müstəqil dövlət kimi yaşayan Şimali Kipr Türk Cümhuriyyətinə münasibəti necədir? Olduqca mənfidir. Onlar hesab edirlər ki, ŞKTC süqut etməlidir, Kiprin yunanlar və türklər yaşayan hissələri birləşməlidir və adanın vahid hökmdarı yunanlar olmalıdır. Çünki bu, dövlətlərin ərazi bütövlüyü məsələsi imiş. Amma Azərbaycana gələndə dövlətlərin ərazi bütövlüyü məsələsi arxa plana keçir, bu dəfə millətlərin öz müqəddəratını təyin etmək hüququ prioritet olur. Avropalıların Türkiyədə yaşayan kürdlərə, bu ölkəni parçalamaq istəyən PKK terror təşkilatına hər cü dəstək (hərbi, siyasi, maddi, mənəvi, informasiya) verməsi bu üzdəndir.

Rusiyada da bənzər düşüncə tərzi var. Başdan-başa “xalqlar həbsxanası” (ifadə Leninə məxsusdur) olan bu federativ respublika öz tərkibində yaşayan onlarla xalqın hər hansı bir bölücülük hərəkatını, müstəqillik arzusunu qanla, repressiya ilə boğmağa hazırdır, amma özü Gürcüstanda, Ukraynada, Moldovada, Azərbaycanda baş qaldıran separatçıların bir nömrəli dəstəkçisidir. 5-6 ay əvvəl Özbəkistanın tərkibindəki Qaraqalpaq muxtar respublikasında sosial səbəblərə görə etiraz aksiyaları başlayanda hamı fitnənin Kremldən gəldiyini güman etdi. Ancaq proses tez sönükdü deyə, bu hərəkatın arxasında Moskvanın durub-durmadığı aydın olmadı.

220px-Europe_location_N-IRL2.png (56 KB)

İllərdir Şimali İrlandiyanın Böyük Britaniyadan ayrılmaq təşəbüsündən danışan yoxdur. Avropa dövlətləri heç vaxt irlandlara müstəqil dövlət olmaları üçün dəstək verməyiblər. Axırda bu hüququ onlara müəyyən şərtlər daxilində ingilislər özləri verdi, fəqət ölkədə keçirilən referendumun nəticəsində separatçı xətt məğlub oldu.

Belə anlaşılır ki, Avropa dövlətləri başqa kateqoriyadan saydıqları ölkələrin daxilindəki ayrılıq tərəfdarlarının bu haqqını tanıyır, amma öz daxillərindəki separatçı ocaqlara yanacaq çiləməmək, çır-çırpı atmamaq üçün bir-birilə şifahi saziş bağlayıblar. Yoxsa indiyədək Fransaya, İspaniyaya, İngiltərəyə bir söz deyən, təzyiq göstərən olardı.

5555.JPG (48 KB)

İspaniyalı deputatın ermənilərə qahmar çıxması isə sərçənin yanğın yerinə dimdiyində su gətirməsi kimi bir hərəkətdir – simvolik məna daşıyır. Ona görə də daha bir siyasət adamının köhnə erməni havadarlarına - amerikalı senator Frank Palloneyə, Fransa prezidenti Emmanuel Makrona qoşulması faciə deyil, sadəcə, ürək bulandırır.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Sentyabr 2024

19 Sentyabr 2024

18 Sentyabr 2024

16 Sentyabr 2024

13 Sentyabr 2024

11 Sentyabr 2024

09 Sentyabr 2024

07 Sentyabr 2024

05 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

30 Avqust 2024

29 Avqust 2024

27 Avqust 2024

26 Avqust 2024

25 Avqust 2024

24 Avqust 2024

23 Avqust 2024

21 Avqust 2024

19 Avqust 2024

17 Avqust 2024

15 Avqust 2024

14 Avqust 2024

13 Avqust 2024

12 Avqust 2024

10 Avqust 2024

08 Avqust 2024

06 Avqust 2024

04 Avqust 2024

02 Avqust 2024