İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Azərbaycana gedəcəyik, Nikol, sən göyə çıxsan belə!  

2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olacaq. Prezident İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Muxtar Respublikanın bir əsrlik yaşı geniş şəkildə qeyd ediləcək. Ölkə başçısının bu günlərdə Naxçıvan bölgəsi ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəmir yolu və avtomobil yolu ilə bağlı məsələ barədə prinsipial mövqeyini növbəti dəfə ifadə etməsi həm də o deməkdir ki, dövlətimizin mövqeyi qətidir, dəyişilməzdir və qarşı tərəf öhdəliklərinə əməl etməlidir!

Xatırlatmaq yerinə düşər, hələ 2021-ci ilin 10 mayında Naxçıvanda səfərdə olarkən Prezident “Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”-demişdi. Sonrakı bəyanatlarında da daim Azərbaycanı Azərbaycanla birləşdirəcək dəhlizin açılmasının dövlətimiz üçün “olmazsa, olmaz”a çevriləcəyini əminliklə bildirib. Elə Yeni il təbrikində, həmçinin yerli telekanallara sonuncu müsahibəsində də dövlət başçımız bu mövzuya nə qədər önəm verdiyini aydın şəkildə nümayiş etdirib. Bəli, Naxçıvana asan yolla gediş-gəliş təmin olunmalıdır, bunun alternativi yoxdur, olmayacaq da!   

üceeücücü.jpg (68 KB)

Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışlarında guya cavab reaksiyası nümayiş etidirib və özünü konstruktiv göstərməyə çalışıb. Cavabı da ondan ibarətdir ki, Ermənistan Azərbaycanla İranfason əlaqələr qurmağa hazır imiş sən demə. Yəni necə ki, Azərbaycan və İran arasında Araz çayı üzərindən keçməklə yol çəkilir, Paşinyan analogiyanın Zəngəzur dəhlizində də tətbiq olunmasını istəyir. Hərçənd, dünənə qədər heç buna da razılıq vermirdi öz aləmində. Amma Azərbaycan rəhbərliyinin xəbərdarlıqlarından, bu xəbərdarlıqların sonda Ermənistan üçün heç də yaxşı bir şey vəd etmədiyini anlayandan sonra öz aləmində “orta variant” irəli sürüb. Amma hələ də sonadək anlaya bilmir ki, Zəngəzur dəhlizi anlayışı tamam başqa məsələdir.

2019-cu ilin aprelində, yəni hələ torpaqlarımız işğal altında olarkən “Yeni Müsavat” qəzetində bir araşdırma yazımız dərc olunmuşdu. O materialda qeyd olunmuşdu ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan Dəmir Yollarının 240, 4 km sahəsi işğal altına düşüb: “Horadiz-Ordubad sahəsi üzrə 144 km. (o cümlədən Mehri rayonu üzrə 43, 4 km), Mincivan-Qafan sahəsi üzrə 39,1 km, Təzəkənd-Xankəndi sahəsi üzrə 51,0 km, Qazax-Barxudarlı sahəsi üzrə 6,3 km. İşğal nəticəsində dəmir yolunun təsərrüfatlarına təxminən 45 mln. 060 min ABŞ dolları məbləğində ziyan dəyib. Təsərrüfatlar üzrə dəyən ziyanın məbləği aşağıdakı kimidir: Lokomotiv təsərrüfatı üzrə - 1992-ci ilin aprel ayından Mincivan dövriyyə deposu tamam dağıdılıb. Depoda olan 10 ədəd müxtəlif markalı teplovoz blokadada qalmış, təqribən 14 mln. ABŞ dolları həcmində ziyan dəyib. Vaqon təsərrüfatına dəyən ziyanın təqribi miqdarı - 4 mln. 860 min ABŞ dolları məbləğindədir”.

Təbii ki, zərərin miqdarı ovaxtki qiymətlərlə hesablanır və indiki ilə müqayisədə böyük fərqlər var. Məsələnin digər və ən önəmli tərəfi budur ki, “Azərbaycan Dəmir Yolları” QSC talanan dəmir yolunun, o cümlədən Mehridən keçən hissəsinin Azərbaycanın əmlakı olduğunu rəsmən bəyan edib. Rəsmi: “Horadiz-Ordubad sahəsində yerləşən dəmir yolu və onun infrastrukturu, o cümlədən Ermənistan Respublikası ərazisindən keçən 43,4 km dəmir yolu xətti Sovet İttifaqı dövründə Azərbaycan Dəmir Yollarının balansında olmuşdur. Dağlıq Qarabağ müharibəsinin başlanması və dəmir yolu xəttinin keçdiyi ərazilərin işğal altına düşməsi ilə əlaqədar olaraq Horadiz-Ordubad xəttinin istifadəsini mümkünsüz etmişdir”.

1688041816446715741_1200x630.jpg (433 KB)

Eyni zamanda Azərbaycan Xarici işlər Nazirliyindən aldığımız məlumatda bildirilirdi: “1991-ci ilə qədər Araz çayı boyunca Ermənistan SSR-in üzərindən keçən və Naxçıvana aparan dəmir yolu xətti, habelə Zəngilan rayonundakı Mincivan stansiyasından başlanan və Ermənistan SSR-dəki Qafan stansiyasına qədər davam edən digər qısa xətt SSRİ Dəmir Yolları Nazirliyinin tabeçiliyində olmuş Azərbaycan Dəmir Yolunun balansında idi. Lakin o da hamıya məlumdur ki, SSRİ-nin süqutundan və Cənubi Qafqaz ölkələrinin müstəqilliyi əldə etdiyi andan etibarən Ermənistan Respublikası Azərbaycan Respublikasına qarşı təcavüzkar və işğalçı siyasət yürüdür. Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin olmadığı bir halda, Ermənistan Respublikasının Mehri rayonunun ərazisində sovet dövründən qalmış dəmir yolu infrastrukturu üzərində nəzarətin aparılması və onun istismarı məsələsi praktiki müstəvidə müzakirə mövzusu olmayıb. Onu da qeyd etmək olardı ki, beynəlxalq təcrübədə bu cür məsələlər adətən ikitərəfli qaydada öz həllini tapır”.

Göründüyü kimi, Zəngəzur dəhlizindən necə istifadə etməyi Ermənistan təyin edə bilməz. Paşinyan əvvəlcə kabinetini yığıb, Ter-Petrosyan-Köçəryan-Sərkisyan dövründə dəmir yollarının talanması ilə Azərbaycana vurulan zərərin miqdarını hesablamalı, ölkəmizə təzminat ödəməli və kommunikasiyaların bərpası ilə bağlı prosesə hazır olduğunu elan etməlidir!  

Prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikasını (MR) Azərbaycanın əsas ərazisi ilə birləşdirə biləcək yola aid mövqelərini ifadə edərkən bildirib ki, Azərbaycan malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvana daşındığı zaman azad edilməsini gözləyir. Sitat: “Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq”. 

 Prezidentin köməkçisi onu da bildirib ki, Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyir: “Biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq...”. Göründüyü kimi, Ermənistanın bütün bəhanələrini kəsmək üçün Azərbaycanın əlində kifayət qədər arqumentlər və nümunələr var.

Üstəlik, Türkiyə də Zəngəzur dəhlizinin açılmasını gözləyir və Ermənistanı vaxtaşırı xəbərdar edir. Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bir müddət əvvəl Paşinyan Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajından məmnun olduğunu demişdi. Ancaq Nikol sözünün üstündə dura bilmədi...

üeüeüeüeüeüefeffefffe.jpg (147 KB)

Paşinyan çox qorxur, ölkəsinin əbədi dalanda qalacağından...Anlayır ki, nicatı Azərbaycanın əlindədir. Əliyev dedi axı, əgər Azərbaycandan Azərbaycana maneəsiz gediş-gəliş təmin olunmasa, o halda Ermənistan üçün heç bir sərhəd qapısı açılmayacaq! Nikol anlayır durumu...Bu dəqiqələrdə Yuxarı Lars keçid-buraxılış məntəqəsi yenidən bağlanıb və Ermənistanın Rusiya ilə quru əlaqəsi kəsilib. Ermənilər anlayırlar ki, Azərbaycanla kommunikasiyaların bərpası onların xilasını şərtləndirir. Həmçinin Türkiyə ilə sərhəddə keçid məntəqəsini təmir edib, Ankaradan razılıq işarəsini gözləyirlər. Qardaş Türkiyə isə Azərbaycanla birgə verəcək qərarı: açılsın, yoxsa açılmasın? Ermənistan rəhbərliyi özünü küçə uşaq kimi apardıqca yollar üzünə qapalı qalacaq, şübhəsiz...

Həm dəmir yolu, həm də avtomobil yolu ilə bağlı Azərbaycan haqlı tərəfdir. Həm də 10 noyabr Bəyannaməsinə əməl etsin! Nikol Paşinyanın isə nala-mıxa vurması vəziyyəti onun xeyrinə dəyişməyəcək! Lap göyə çıxsa belə! Azərbaycandan Azərbaycana gedəcəyik, həm dəmir yolu, həm də avtomobillə! Paşinyan olmur, lap onun havadarları olsun, bu yolun alternativi yoxdur! İran yolu başqa yoldur, Nikol qarışıq salmasın! Keçən ilin ikinci yarısında da Ağdamdan Xankəndiyə un yardımı aparmaq istəyən Azərbaycan TIR-larını Əsgərandan buraxmayan ermənilərə xitabən yazırdıq ki, TIR-lara imkan verilməsə, tanklarımız yol alacaq Xankəndiyə! O zaman reallığı doğru-düzgün qiymətləndirə bilmədilər, dərslərini aldılar. İndi də Azərbaycandan Azərbaycana qatar və avtomobillərin gediş-gəlişinə icazə verilməsə...Söhbət 32 ildir blokada şəraitində qalan Azərbaycan ərazisindən gedir, unutmasınlar!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024