Onlayn ictimai-siyasi qəzet
Parlament və prezident seçkilərinin əsas mərkəzində həmişə media da olub. Hətta bir çox seçkilərdə medianın özünü müxalifətin əvəzindən də “odun içinə atdığı” danılmaz faktdır. O da faktdır ki, ölkədə bəzi seçkilər ya vəlvələdən, ya zəlzələdən az qala müharibə kimi keçib, bundan isə ən çox zərərçəkən cəmiyyət olub.
Əlbəttə, seçkilərlə bağlı problemin əsas səbəblərindən biri 70 il davam edən sovet dövrüdür. Sovet adamı hər 4 ildən bir seçki məntəqəsinə də gedib, amma orada kim “seçilib” - bunun ya fərqində olmayıb, ya da bu, onun üçün maraqsız olub.
Maraqlananlar üçün deyim ki, Azərbaycan SSR-dən (Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti ilə) İttifaq və Millətlər Sovetinə 1938-1991-ci illərdə cəmi 710 nəfər seçilib.
Böyük bir imperiya üçün “seçmək və seçilmək” hüququ ancaq “sonadək oxumadığı Tarixi-Nadir kitabında” - konstitusiyasında olub. Sovet xalqına nəinki öz deputatını, heç öz rəhbərini seçmək hüququ verilməyib. İkincilər ümumiyyətlə, dar çərçivədə - Moskva “politbürosu”nda müəyyənləşib. O səbəbdən də 70 illik “seçkisiz rejim” dağılanda müstəqilliyini elan etmiş bütün postsovet respublikalarında ciddi problemlər başladı ki, onların sırasında seçmək və seçilmək, yəni seçki keçirmək də vardı.
Məsələn, ittifaqa ən gec daxil olan (1940) Pribaltika respublikalarının məgər SSRİ dağılanda hazır seçki sistemləri vardımı? Onlar SSRİ dağılandan sonra müstəqilliklərində 1918-1922-ci illərdə qəbul olunmuş konstitusiyalarına istinad etdilər, yəni parlamentləri əvvəlki adlarla (Litva və Latviyada Seym, Estoniyada Riykiqoqu) bərpa olundu. Amma seçki sistemlərini ta 2005-ci ilədək bir neçə dəfə təkmilləşdirdilər, seçki qanunlarında davamlı islahatlar apardılar.
2004-cü ildən Avropa İttifaqının üzvü olan Pribaltikanın hər üç respublikasında seçki qanunlarındakı bəzi maddələr hələ də tənqid və müzakirə mövzusudur.
Məsələn, Latviyada 400 mindən çox “vətəndaş olmayan”lara seçkilərdə iştirak hüququ yasaqlanıb, hətta Avropa İttifaqının bu vəziyyətə müdaxilə etmək cəhdləri də nəticə verməyib. Estoniyada da milli azlıqların seçilmək hüquqları bəzi qanunlarla qəsdən yasaqlanıb. Estoniyada seçki qanunvericiliyinin ümumavropa demokratik seçki tələblərinə və insan hüquqları standartlarına ziddiyyətli olduğu haqda hələ də danışılır. Bu həm də o anlama gəlir ki, “ideal seçki sistemi cəmiyyətin inkişaf dinamikası ilə birbaşa bağlıdır” tezisi gerçəyi əks etdirmir. Avropa İttifaqının qapısında 50 ildir gözlədilən Türkiyədə seçki sistemi də, seçkilər də bir çox Avropa ölkələri ilə müqayisədə daha demokratik və şəffafdır.
Qardaş ölkədə keçirilən son prezident seçkisinin hər iki turu da bunu sübut etdi...
Britaniyanın “The Telegraph” qəzeti hələ 2020-ci il müharibəsi yenicə başa çatanda yazırdı ki, “İlham Əliyev sabah azad və ədalətli seçkilər keçirsə, yəqin ki, səslərin 90 faizini qazanar”. O zamandan sonra Prezident Əliyev Azərbaycanın erməni separatçılarının nəzarətində qalan digər ərazilərində də, o cümlədən Xankəndidə üçrəngli bayrağımızı dalğalandırdı. 7 fevral seçkisinə qara yaxmağa çalışanlar həm ölkədə, həm kənarda var. Amma onların “arqumentləri”nin bəlkə də ilk dəfədir ki, Azərbaycan cəmiyyətinə heç bir ciddi təsiri yoxdur. İlham Əliyevin bu seçkilərdə rəqibi yoxdur, bunu vicdanlı hər bir vətəndaş-seçici fakt kimi qəbul edir. İlk dəfədir ki, müstəqil ölkəmizin Şuşasında, Xankəndidə, Laçınında, Xocalısında da seçki olacaq. Bu seçkiyə o səbəbdən daha “müharibə” kimi deyil, könül rahatlığı ilə getmək lazımdır...
7 fevraldan sonra Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi haqda da çox danışılır. Növbəti seçkilərin proporsional, yəni partiya siyahıları üzrə keçirilməsinin mümkünlüyü barədə yerli mediada xeyli müddətdir müzakirələr gedir. Hakimiyyətin opponentləri hesab edirlər ki, proporsional sistemin bərpası çoxpartiyalı siyasi mühitin formalaşmasına xidmət edə bilər. O səbəbdən, seçki qanunlarında dəyişiklik üçün gündəmdə referendumun olduğunu iddia edənlər də var. Proporsional seçki sistemi Azərbaycan üçün yad deyil. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasına görə, Milli Məclisə səsvermə qarışıq sistem üzrə keçirilib - 100 deputat majoritar (birmandatlı seçki dairədən), 25 deputat isə proporsional sistem (çoxmandatlı vahid seçki dairələri) üzrə seçilib.
Lakin 2002-ci ildəki Konstitusiya referendumu ilə proporsional seçki sisteminin ləğvindən sonra növbəti səsvermələr yalnız majoritar sistemə əsaslanıb. Yenə postsovet ölkələrindən Ukrayna ilə qısa bir müqayisə. Proporsional seçki sistemi ölkənin demokratikləşməsinə töhfə vermədi. Çünki bəzi oliqarx dairələr siyasi partiyalar vasitəsi ilə qanunverici hakimiyyəti “ələ aldı”, bu sistemdən hakimiyyətə təsir etməyə çalışdılar. Yəni hər iki sistemin üstün və zəif tərəfləri var. Azərbaycan ərazi bütövlüyünü müstəqillikdən bəri ilk dəfə bərpa etdikdən sonra seçki sistemi də daxil, bir çox sahədə islahat zərurəti yaranıb. 2020-ci ilin sentyabrından bəri ölkədə o qədər dəyişikliklər baş verib ki, artıq yeni bir siyasi dönəm başlamalıdır, bura həmçinin seçki sistemində islahatlar da daxildir.
Ölkəmiz üçün xeyirlisi...
16 Noyabr 2024
12 Noyabr 2024
17 Avqust 2024
27 Iyul 2024
21 Iyul 2024
30 Iyun 2024
21 Iyun 2024
16 Iyun 2024
14 Iyun 2024
08 Iyun 2024
28 May 2024
22 May 2024
19 May 2024
12 May 2024
10 May 2024
08 May 2024
03 May 2024
30 Aprel 2024
27 Aprel 2024
21 Aprel 2024
12 Aprel 2024
06 Aprel 2024
05 Aprel 2024
31 Mart 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
23 Mart 2024
21 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ