Onlayn ictimai-siyasi qəzet
İLK YAYIM SAATI - 00:49
20 martda da atəşkəsin pozulması xəbəri yayıldı. Artıq bu kimi xəbərlər Bişkek razılaşmasından sonra on illərlə davam edən erməni təxribatlarını xatırladır.
Azərbaycan əsgərinin və sərhədçisinin səbri ilə oynayır təxribatçılar. Erməni əsgərin döyüş postunda meymunluq etməsi kadrları yetərli idi ki, əsgərimiz onun alnının ortasından bir dəlik açsın. Amma sülhə sadiqlik nümayiş etdirən dövlətimiz nəyi, nə zaman etmək lazım olduğunu çox yaxşı bilir, təmkinini itirmir.
Bu günlərdə “növbəti müharibə dəhşətli məğlubiyyətə uğrayacağını anlayan Ermənistanın nəyinə lazımdır?” Yaxud “atəşkəsi pozan kimlərdir: Rusiyanın “5-ci kolon”umu?”, kimi suallar səslənir. Nəzərlər daha çox Rusiyanın üzərinə fokslanır. Təcrübədə belə təxribatları çox görmüşük, 1905-ci ildən bəri. Ermənistan ordusunda Rusiyaya bağlı hərbçilər, bu ölkədə Kremlin adamı statusunu qazanan siyasətçilər kifayət qədərdir. Revanşistlərin əksəriyyəti Moskvanın qulbeçələridir. Amma...
Əgər atəşkəsi Rusiya pozursa, yaxud Kremlə bağlı hərbi qanad təxribatlar törədirsə, onda ortaya sual çıxır: elə isə niyə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası – daha dəqiq: kəşfiyyat dəstələri – Rusiyanı ifşa etmir? Avropa İttifaqının bu missiyasına başçılıq edən Fransa və onun rəhbərliyinin Rusiyaya münasibəti bəllidir. Ukraynadakı müharibə səbəbindən Fransa-Rusiya və ümumilikdə Aİ-Rusiya münasibətləri heç vaxt olmadığı qədər gərgindir. Məntiqlə Dığ kəndi istiqamətindən Azərbaycanın mövqelərinə atəş açılan kimi Aİ missiyası xüsusi bəyanat yayıb, Rusiyanı ifşa etməli idi. Amma biz nə gördük? Xüsusilə də Ermənistanda qalma müddəti daha iki il – 2027-ci ilin fervalınadək uzadılandan sonra gecə-gündüz bilmədən Azərbaycanla şərti sərhədlərdə bitən avropalı kəşfiyyatçılar nədənsə Dığ təxribatında hələ yuxudan oyanmamışdılar. Sonrakı günlərdə, müxtəlif saatlarda açılan atəşlərə də “diksinmədilər”. Və birdən ayıldılar, açıqlama yaydılar ki, Ermənistan – Azərbaycan şərti sərhədində sakitlikdir. Ermənistan Müdafiə Nazirliyində hazırlanan bəyanata daha çox oxşadı həmin açıqlama. Axı, elə erməni döyüş postlarından tez-tez Azərbaycan ərazilərinə boylanan avropalı kəşfiyyatçılar Ermənistan hərbçiləri ilə bərabər görüntülənirdilər. Vahid qərargah qurublar. Təsəvvür edin, Avropa İttifaqının hərbi-cəsus şəbəkəsinin Gorusda ofisi yaradılıb, amma atəşkəsin ən çox pozulduğu Gorusda silah səslərini eşitmirlər bu, “ədalət keşikçiləri”.
Budur, Ermənistanın baş naziri Nikol Paşinyan da faktiki olaraq atəşkəsin pozulduğunu təsdiqləyir. Deyir ki, o, Ermənistan Müdafiə Nazirliyinə atəşkəsi pozmamağı tapşırıb. Bununla faktiki olaraq həm ölkəsinin ordu qərargahını, həm də Avropa İttifaqının missiyasını ifaş edib. Paşinyan bununla dolayısı ilə etiraf edir ki, ordusuna nəzarət edə bilmir və vəziyyət hər an nəzarətdən çıxa bilər. Hər halda o, ordusunun vəziyyətini hamıdan yaxşı bilir və anlayır ki, növbəti dəfə Azərbaycanla üz-üzə gəlsə, özü də, ölkəsi də fəlakətin dibinə yuvarlana bilər. Necə ki, etira etmişdi: əgər kapitulyasiya sənədini imzalamasaydı, 25 min hərbçisi mühasirəyə düşəcək, itkilər azı üç dəfə artıq olacaqdı. O vaxtdan nə dəyişib ki? Azərbaycanla növbəti zarafatın sonunda Ermənistandan əsər-əlamət qalmaz! Bu mənada istisna deyil ki, təxribatlarda üçüncü qüvvənin əli var və bu dəfə “atan kazaklar”a oxşamır. Ən əsas səbəbi yuxarıda qeyd etdi: Rusiyanın düşməni Avropa İttifaqı bu faktdan dərhal yararlana bilərdi, müşahidəçi dedikləri cəsuslar Arazdəyəndən Zod aşırımınadək bütün nöqtələrdə yaşanan gərginlikləri videogörüntülərinədək mərkəzə təqdim edə, ictimailəşdirərdilər. Hətta sputnik qeydlərini də operativ şəkildə yayardılar. Yoxsa niyə susur, özlərin yuxuya vururdular ki?
Artıq atəşkəsin pozulması hallarına Moskvadan da reaksiyalar gəlməyə başlayıb. Rusiya XİN sözçüsü Mariya Zaxarova şərti sərhədlərdəki gərginliyə və yenieskalasiya riskinə görə narahatlığını ifadə edib. Nə qədər səmimidir, bu, başqa söhbətin mövzusudur. Hər halda Rusiya da dilə gəldi. Amma bir həftəyə yaxındır erməni təxribatları ara vermir, amma sülh müqaviləsinin razılaşdırılması xəbərindən məst olan və operativ bəyanat verən Avropa İttifaqı, həmçinin tez-tələsik Paşinyanın müjdəsinə reaksiya verən Makron susur. Niyə? Makron nə səbəbə atəşkəsin pozulmasına görə məsələn, Rusiyanı ittiham etmir? Deməli, tətiyin çəkilməsini sifariş edən elə özüdür. Atəşkəs pozulur, lokal toqquşmalar baş verir və Avropa İttifaqı operativ şəkildə toplaşıb, Ermənistanın “xilası” naminə yeni qətnamə qəbul edir, bu ölkəyə çoxminli ordu göndərir, irimiqyaslı silah dəstəyinə başlayır.
Fevral ayında Aİ-nin təmsilçilərindən biri ermənilərin Qarabağdan gedişini “zorla köçürülmə” adlandırmışdı. Ölkəmizi ittiham edirdilər. Budur, 2023-cü ildə Yevlaxda Azərbaycan nümayəndə heyəti ilə iki görüşdə iştirak edən David Melkumyan bu gün jurnalistlərə bildirib ki, Bakı bir çox müxtəlif təkliflər irəli sürdü, lakin “Artsax xalqı” azərbaycanlılarla yaşamaq istəmədikləri barədə qərar verdi. Melkumyan tezliklə mətbuat konfransı keçirəcəyini və o günlərdə baş verənlər barədə ətraflı danışacağını anons edib. Avropadakı ermənipərəstlər ifşa olunur. Bakıdakı Ədalət Məhkəməsi də onları çox narahat edir, növbəti faktlar öldürücü olacaq, ona görə də qarışdırmağı hədəfləyiblər.
Azərbaycan xəbərdarlığını etmişdi: Aİ missiyası Ermənistana xeyir gətirməyəcək. Gətirməyəcək!
31 Mart 2025
30 Mart 2025
25 Mart 2025
24 Mart 2025
23 Mart 2025
22 Mart 2025
21 Mart 2025
19 Mart 2025
17 Mart 2025
15 Mart 2025
13 Mart 2025
12 Mart 2025
10 Mart 2025
06 Mart 2025
05 Mart 2025
04 Mart 2025
03 Mart 2025
25 Fevral 2025
24 Fevral 2025
22 Fevral 2025
21 Fevral 2025
20 Fevral 2025
18 Fevral 2025
17 Fevral 2025
13 Fevral 2025
10 Fevral 2025
06 Fevral 2025
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ