İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabişvili baş nazirliyə namizədini müəyyən etdi

Gürcüstan prezidenti Salome Zurabişvilinin siyasi keçmişi olmayan baş nazirliyə namizədi var.

Musavat.com xəbər verir ki, Zurabişvili bu barədə “Pirveli” telekanalına müsahibəsində məlumat açıqlayıb.

Prezident baş nazirliyə namizədin adını dəqiqləşdirməyib, lakin qeyd edib ki, o, seçdiyi namizədi müxalifət partiyaları ilə müzakirə etmək niyyətindədir, onların nümayəndələri ilə görüşlər bazar ertəsi başlayacaq.

“Özü ölkənin baş naziri olmağa hazırdırmı, bu barədə düşünübmü?” sualına Zurabişvili belə cavab verib:

“Burada cavab verməyəcəyəm. Mənim çox yaxşı namizədim var. Əvvəlcə bir nəzər salaq! Həyatda heç nəyi istisna etmək olmaz, bu illər ərzində öyrəndiyim çətin dərsdir. Hesab edirəm ki, bu gün biz düzgün yoldayıq və bu yolla gedəcəyik”.

Bundan əlavə, prezident hökumətin kadr təminatından danışıb və partiya nümayəndələri ilə görüşlərdə bu mövzunu fəal müzakirə edəcəyini qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR