Onlayn ictimai-siyasi qəzet
“Məqsədimiz Bakıda da qalib gəlib avrokuboklardakı uğurlu seriyanı qorumaq idi.
Təəssüf ki, buna nail ola bilmədik”.
“Omoniya”nın futbolçusu Mateo Mariç Sportinfo.az-a “Zirə”yə məğlubiyyəti şərh edib.
Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə kiprlilər öz meydanında keçirdiyi qarşılaşmada təmsilçimizi 6:0 hesabı ilə məğlub etməyi bacarsa da, cavab oyununda “qartallar” qələbəyə sevindi – 1:0.
Lakin iki görüşün nəticəsinə görə mərhələni adlayan Nikosiya təmsilçısı oldu.
Bosniya və Herseqovinadan olan yarımmüdafiəçi Bakıdakı yenilgiyə səbəb göstərib:
“Bizi “Zirə” yox, özümüz-özümüzü təəccübləndirdik. Çünki bacardığımızdan qat-qat aşağı futbol oynadıq.
Nəyə qadir olduğumuzu bir həftə əvvəl Nikosiyada göstərmişdik. Bu gün həmin oyunun davamını gətirməli olduğumz halda, sanki “yatdıq”.
Məncə, 6:0-dan sonrakı rahatlığı üstümüzdən ata bilməmişdik. Rəqib də bundan istifadə edib üstümüzə gəldi, üstünlük qazandı və qol vurdu.
Mərhələ adladığımızı görə sevinsəm də, uduzmağımız pis təsir etdi”.
İki oyunun nəticəsinə görə “Omoniya”ya məğlub olan Rəşad Sadıqovun komandası avrokuboklarla vidalaşıb.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ