İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Rusiyanın Kursk planını açıqladı: "...Adlarını çəkə bilmirəm" - XALQA MÜRACİƏT

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya qüvvələri Ukrayna Ordusunu Rusiya Federasiyasının Kursk vilayətində geri itələməyə çalışıb.

Musavat.com bu barədə Ukrayna mediasına istinadla xəbər verir.

“Mən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə danışdım. Cəbhə xəttinin bütün istiqamətləri və Kursk əməliyyatımız barədə hesabat aldım. Rusiya Federasiyası bizim mövqelərimizi geri itələmək istəyir, lakin biz müəyyən sərhədləri saxlayırıq”, - deyə Ukrayna Prezidenti 12 oktyabrda xalqa müraciətində bildirib.

Prezident cəbhənin digər istiqamətlərində də vəziyyəti qiymətləndirərək əlavə edib: “Pokrovski istiqaməti - hər bir əsgər, hər bir çavuş, mövqelərimizin müdafiəsini təmin edən hər bir zabit xüsusi əhəmiyyət daşıyır və onlar qəhrəmandırlar. Donetsk və Zaporojye istiqamətlərindəki şərtlər çox ağırdır, düşmən sərt addımlar atır, lakin bizim bölmələrimizin qətiyyətli müqaviməti həlledicidir”.

Zelenski, həmçinin, döyüş tapşırıqlarını yerinə yetirən bir sıra hərbi hissələri, o cümlədən Xarkov və Donetsk vilayətlərində döyüşən Milli Qvardiyanın “Omeqa” Xüsusi Təyinatlı Qüvvələr Mərkəzini xüsusi qeyd edib.

“Onların adlarını indi açıqlaya bilmirik, çünki bu tapşırıqlar xüsusilə həssasdır. Bu xüsusi fəaliyyətlər düşmənə qarşı yönəlib və nəticə Ukrayna üçün olduqca vacibdir”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR