Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov Ukrayna liderinin Londonda olduğunu təsdiqləyib.
Musavat.com xəbər verir ki, o, həmçinin Zelenskinin bir sıra görüşlərinin planlaşdırıldığını açıqlayıb.
Nikiforov Britaniyanın baş naziri Kir Starmerlə, sabah isə Kral III Çarlzla görüşün olacağını bildirib. Bundan əlavə, Avropa liderləri ilə də görüş baş tutacaq.
"Bəli, biz Londondayıq, bu gün yerli vaxtla saat 17:15-də Starmerlə görüş olacaq. Sabah bir sıra ikitərəfli görüşlər, xüsusən Kral III Çarlzla və Ukraynaya dəstək üzrə Avropa liderlərinin faktiki görüşü olacaq", - sözçü bildirib.
Musavat.com
02 Mart 2025
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ