İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan Paşinyana SƏRT XƏBƏRDARLIQ

“İrəvanda bu yaxınlarda KTMT-nin Ermənistan ərazisini tərk etdiyini elan etdilər, sonra bu təşkilatın daxilində donduqlarını bəyan etməyə başladılar. Mən başa düşmək istərdim ki, kim kimin tərkibindədir”.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə baş nazir Nikol Paşinyanın Ermənistanın KTMT-dəki iştirakını dondurması ilə bağlı bəyanatını şərh edərkən bildirib.

“Hər sözün, hər bir ifadənin arxasında həm də nəticələrinə görə məsuliyyət olmalıdır. İrəvan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəliklərini özündə saxlayır. Ermənistan rəhbərliyi, fikrimizcə, erməni xalqının maraqlarına zidd olan belə qarşılıqlı fəaliyyətdən uzaqlaşmaq xəttinə sadiqdir. Ümid edirik ki, Ermənistan özünün və bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə KTMT çərçivəsində fəaliyyətini bərpa edəcək. Sözlə oynamaq yaxşılığa gətirib çıxarmır”, - deyə Zaxarova qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR