Onlayn ictimai-siyasi qəzet
“Xankəndi Azərbaycan ərazisidir”.
Musavat.com haqqın.az-a istinadən xəbər verir ki, bunu oktyabrın 16-da həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova erməni jurnalistin işğaldan azad edilmiş ərazilərdə guya tarixi məhəllələrin sökülməsi ilə bağlı təxribat xarakterli sualına cavab verərkən deyib.
“Mən başa düşdüyüm kimi, burada söhbət Azərbaycan ərazisindən gedir”, - deyə Rusiyanın rəsmi nümayəndəsi bildirib.
M.Zaxarova onu da xüsusilə qeyd edib ki, mədəniyyət abidələri ilə məşğul olan beynəlxalq təşkilatlar var və bu sualın cavabını onlar verə bilərlər.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ