İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova Ərdoğanın Krımla bağlı dediklərinə CAVAB VERDİ

“Rusiyanın tərkibində olan bütün subyektlər Ukrayna ilə bağlı danışıqların predmeti ola bilməz”.

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynaya qaytarılmasının beynəlxalq hüququn tələbi olduğuna dair fikirlərini şərh edərkən iddia edib ki, Krım Rusiyanın ərazisidir:

“Rusiya regionları Rusiya Federasiyasının ərazisidir və heç bir danışıqların predmeti deyil. Konstitusiyamızı oxuyun”.

Qeyd edək ki, Türkiyə prezidenti ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, Krımın Ukraynaya qaytarılmalı olduğunu bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR