İnsanlara hürriyət, millətlərə istiqlal!

İki nüvə dövləti burun-buruna: qlobal savaş riski...

Pakistan-Hindistan qarşıdurması dünyanı ikiyə bölür

Pakistan və Hindistan arasında gərginlik sürətlə artır. Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində baş vermiş silahlı hücum nəticəsində 26 mülki şəxsin həyatını itirməsindən sonra Hindistan cavab olaraq İndus hövzəsində su axınını dayandıraraq Pakistana su göndərilməsinin qarşısını alıb. Hindistan və Pakistan orduları ardıcıl ikinci gün sərhəd boyu atışmalara davam edir. Hindistan ordusunun məlumatına görə, Pakistan postlarından atəş açılıb, lakin Hindistan tərəfdə itki qeydə alınmayıb. Pakistan isə bu barədə hələlik rəsmi açıqlama yaymayıb.

İki nüvə dövlətinin qarşıdurması regionda və dünyada ciddi narahatlığa səbəb olub. Son hadisələr diplomatik əlaqələrin kəsilməsinə gətirib çıxaracaq səviyyəyə çatıb. Beynəlxalq ictimaiyyət tərəfləri sakitləşməyə çağırsa da, vəziyyətin nə zaman sabitləşəcəyi hələ də məlum deyil.

Dünya nəhənglərinin mövqeyinə gəlincə, ABŞ Hindistanı, Çin Pakistanı dəstəkləyir. Türkiyə isə içində PUA-ların (silahlı pilotsuz uçuş aparatları) da yer aldığı hərbi texnika və silah-sursat daşıyan 6 ədəd hərbi yük təyyarəsini Pakistana göndərib.

Beləliklə, Pakistan-Hindistan qarşıdurması dünyanı ikiyə bölməkdədir. İki nüvə dövlətinin savaşı qlobal müharibəyə rəvac verə bilərmi?

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Pakistanla Hindistan arasında Kəşmir problemi 1947-ci ildən başlayıb: “İndiki gərginliyin də kökündə əslində Kəşmir məsələsi dayanır. Zaman-zaman Kəşmir məsələsi bu iki dövlət arasında hərbi toqquşmalara yol açsa da problem həll olunmamış qalıb. Qalır Kəşmirin bir hissəsinə Hindistan, bir hissəsinə Pakistan nəzarət edir: "Lakin o da məlumdur ki, bu məsələ iki dövlət arasında uzunmüddətli və böyük müharibələrə gətirib çıxarmayıb. Zaman-zaman gərginliklər yaşansa da, qlobal miqyaslı müharibə həddinə çatmadan tərəflər sakitləşiblər. İndi də belə olacağı ehtimalı yüksəkdir. Ona görə də Pakistan-Hindistan gərginliyinin qlobal savaşa çevriləcəyi ehtimalı azdır. İndiki halda dövlətlər, sadəcə, öz mövqelərini ifadə edirlər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR