İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu ölkəni HƏDƏLƏDİ: Ukraynadan sonra SİZSİNİZ! - ABŞ Rusiyanın qələbəsini QƏBUL ETDİ – CANLI

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Estoniya hakimiyyətini Ukraynanın genişmiqyaslı işğalından “nəticə çıxarmağa” çağırır.

Axar.az xəbər verir ki, bu barədə Mariya Zaxarova Estoniya tarixində mayın 5-dən 23-dək keçiriləcək ən böyük beynəlxalq hərbi təlimləri şərh edərkən deyib.

Zaxarova bildirib ki, Estoniya Ukraynaya baxıb “nəticə çıxarmalıdır”.

Rusiya hərbçilərinin Kursk bölgəsindəki uğurları Ukraynadakı münaqişənin başa çatması deməkdir.

Publika.az xəbər verir ki, bunu türkiyəli analitik Sərhat Lətifoğlu “RİA Novosti”yə açıqlamasında bildirib.

Analitik aydınlaşdırıb ki, hazırda Kiyevin artıq hərbi əməliyyatlar aparmaq gücü yoxdur, eyni zamanda, Amerika Birləşmiş Ştatları Rusiyanın qələbəsini qəbul edib.

"Ukrayna lideri Vladimir Zelenskinin Ağ Evdə rüsvay edilməsindən və Amerikanın dəstəyinin zəifləməsindən sonra belə qənaətə gəlmək olar ki, mahiyyət etibarı ilə Ukrayna münaqişəsi başa çatıb. Hazırda sülh müqaviləsinin mətninin dəqiq necə olacağını müəyyən etmək üçün danışıqlar aparılır. Rusiya ordusunun uğurlu Kursk əməliyyatı faktiki olaraq münaqişənin başa çatdığının göstəricisidir”, - Lətifoğlu qeyd edib.

Onun sözlərinə görə, indi Qərb ölkələri və ABŞ da bu münaqişəni davam etdirmək iqtidarında deyil. Vaşinqton artıq Rusiyanın qələbəsini qəbul edib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi analitik Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR