İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ən təhlükəsiz şəhəri - seysmoloq elə şey dedi ki...

Aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra Boğaz sahilində yerləşən bir çox lüks malikanə satışa çıxarılıb. Türkiyə mediasının yaydığı məlumata əsasən, son iki həftə ərzində dəyəri milyardlarla lirə olan beş malikanə daşınmaz əmlak bazarına təqdim olunub.

Satışa çıxarılan malikanələrin əksəriyyəti 100-200 illik tarixi olan tikililərdir. Mütəxəssislər bildirirlər ki, bu bənzərsiz tarixi və estetik əhəmiyyətə malik binalar mövcud mühəndislik standartlarına və zəlzələyə davamlılıq meyarlarına uyğun deyil.

Azərbaycan da geoloji quruluşuna görə zəlzələ riski daşıyan ölkələrdən biri sayılır. Lakin ölkənin müxtəlif bölgələri arasında bu risk səviyyəsi fərqlənir. Zəlzələlərə qarşı ən təhlükəsiz bölgələr əsasən Aran düzənliyində və nisbətən stabilliyi ilə seçilən sahələrdə yerləşir.

Aran bölgəsində yerləşən Şirvan şəhəri zəlzələ riskinin ən az olduğu ərazilərdən biridir. Şəhərin torpaq quruluşu və geoloji strukturu onu ciddi seysmik fəsadlardan qoruyur. Tarix boyu burada dağıdıcı zəlzələ qeydə alınmayıb. Azərbaycanın mərkəzi hissəsində yerləşən Yevlax da seysmik risk baxımından sakit zonada yerləşir. Burada vaxtaşırı zəif təkanlar baş versə də, dağıdıcı zəlzələlər olmayıb.

Ən seysmik aktiv şəhərlərə gəldikdə isə Gəncə, Şamaxı, Lənkəran, Quba və Zaqatala kimi bölgələr tarix boyu güclü zəlzələlərə məruz qalıb və bu gün də potensial təhlükəli zonalar sayılır.

Ekspert: “Dövlət elə bir şərait qurmaq istəyir ki, geri dönüş də maraqlı  olsun” - 07.02.2021, Sputnik Azərbaycan

 Elnur Fərzəliyev 

Əmlak üzrə ekspert Elnur Fərzəliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Bakıda əmlakların qiymətində fantastik artımlar müşahidə edilir: "Qiymətlər o qədər artıb ki, aztəminatlı və ya orta səviyyədə yaşayan şəxslərin mənzil alması mümkün deyil.  Bu qiymətlər o qədər şişirdilib ki, hər hansı forsmajor hadisə baş verərsə, qiymətlərdə enmələr qaçılmaz olacaq. Azərbaycanda da zəlzələ olarsa, bu təsirsiz ötüşməyəcək".  

Moskva hərəkata ciddi nəzarət edirdi - Ənvər Əliyev | Hafta.az

Ənvər Əliyev

Seysmoloq Ənvər Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Bakıda evlərin zəlzələyə davamlılığı ilə heç bir təşkilat məşğul olmur: “Sadəcə olaraq, ümumi müxtəlif növ betonlardan nümunə götürülür, fövqəladə hallarla bağlı ümumi binanın davamlılığı ölçülür. Lakin başqa ölkələrdə, məsələn, konkret olaraq Yaponiya təcrübəsində həmin müvafiq ərazidə yerləşən binaları onların seysmik cədvəlinə əsasən yoxlayırlar. Tutaq ki, Bakıda 7 ballıq zəlzələ xarakterikdirsə, o zaman 8 balla davamlı bina tikilməlidir. Söhbət burada zəlzələnin episentrindən gedir. İkincisi, zəlzələnin nə qədər müddətə davam edə biləcəyi məsələsi var, bunu dünya təcrübəsində süni şərait yaradaraq yoxlayırlar və ondan sonra həmin ərazilərdəki evlərin zəlzələyə davamlılıq cədvəli hazırlanır.

Məlum olduğu kimi, Bakı şəhərində ən azı 570 min ev dövlətin qeydiyyatına əsasən ümumiyyətlə sənədləşdirilməyib. Əgər bu qədər ev sənədləşdirilməyibsə, onların zəlzələyə davamlılığını necə yoxlamaq olar? Bu sual mənim üçün mürəkkəbdir. Xüsusən də ətraf ərazilərdə bir-birinə yaxın gecəqondular da var, yaxşı tikilmiş villalar da var. Lakin onların zəlzələyə davamlılıq dərəcəsi, beton dirəklərin möhkəmliyi necə yoxlanılıb, kim yoxlayıb? Bundan heç kimin xəbəri yoxdur. Həmin evlər necə olacaq? Onlar Allahın ümidinə buraxılıb.

Məsələnin digər tərəfi isə odur ki, həmin binaların skeletləri ciddi təhlükə altındadır. Ola bilər ki, Bakıda elə bir zəlzələ olsun ki, 5-6 bal gücündə olsun, amma əgər vaxtı uzun çəksə belə, problem yaranacaq. Məsələn, orta güclü zəlzələdə əgər 1-1,5 dəqiqə davam etsə, artıq ciddi problemlər yaranacaq. Məsələn, xatırlayıram ki, 2000-ci ilin noyabrında baş verən zəlzələ cəmi 13 saniyə çəkdi, bu müddətdə o qədər də ciddi fəsadlar olmadı. Amma bəzi binalar var ki, sovet dövründən qalıb, onların zəlzələyə davamlılığı 7-9 bal arasındadır. 5,8 ballıq zəlzələdə bu binalarda o qədər də çatlar olmur".

Şəhanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR