İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov oğulları ilə bağlı bu VİDEOnu paylaşdı və…

Xalq artisti, müğənni və iş adamı Emin Ağalarov sosial şəbəkədə yenidən oğulları ilə bağlı paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, bu dəfə o, əkiz övladları Əli və Mikayılla birlikdə tennis oynadığı görüntüləri izləyiciləri ilə bölüşüb.

Qısa video görüntüsündə ata və oğulların tennis kortunda oynadıqları anlar əks olunub. Həmin kadrlar sosial şəbəkədə maraqla qarşılanıb və müsbət rəylər toplayıb.

Əli və Mikayıl Ağalarovlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Prezident İlham Əliyevin nəvələridir. Hazırda yeniyetmə yaşlarında olan əkizlər sosial mediada fəal olmaqları və müxtəlif videolarla çıxış etməkləri ilə tanınırlar.

Qeyd edək ki, Emin Ağalarov 1979-cu ildə Bakıda anadan olub, təhsilini Moskvada, daha sonra İsveçrə və ABŞ-da davam etdirib. Musiqi ilə yanaşı biznes sahəsində də fəaliyyət göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR