Onlayn ictimai-siyasi qəzet
Husilərin hücumu nəticəsində ABŞ-a məxsus "USS Harry S. Truman" aviadaşıyıcısından bir qırıcı Qırmızı dənizə düşüb.
Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
"ABŞ rəsmisinin sözlərinə görə, ilkin məlumatlar aviadaşıyıcının husilərin atəşindən yayınmaq üçün kəskin manevr etdiyini göstərir", – deyə kanal bildirir.
Qeyd olunur ki, hadisə zamanı ekipaj üzvlərindən biri yüngül xəsarət alıb.
Digər ABŞ rəsmisinin verdiyi məlumata əsasən, düşən təyyarə "F/A-18E Super Hornet" olub və onun dəyəri 60 milyon dollardan çoxdur.
Xatırladaq ki, daha əvvəl husilər ABŞ-ın "Harry Truman" aviadaşıyıcısına hücum etdiklərini açıqlayıb. Husilərin formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariyanın sözlərinə görə, ABŞ aviadaşıyıcı qrupuna qanadlı və ballistik raketlər, həmçinin pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.
İqbal RZAYEV,
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ