Onlayn ictimai-siyasi qəzet
Qatı ermənipərəst mövqeyi ilə seçilən Konstantin Zatulin yenidən köhnə havanı çalır. O, yenə açıq-aşkar yalan danışmağa başlayıb ki, guya Qarabağ “erməni torpağıdır”. Bu əlaltı bu cür təxribatçı çıxışlarla Azərbaycanla Rusiya arasında münasibətləri daha da pisləşdirməyə çalışır.
Amma o, buna nail ola bilməyəcək, çünki Bakı ilə Moskvanı güclü dostluq, iqtisadi əlaqələr birləşdirir. 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsi Azərbaycanla Rusiya arasında münasibətləri daha da möhkəmləndirib.
Bu kontekstdə Vladimir Putinin Bakıya son səfərini xatırlatmaq yerinə düşər ki, səfər zamanı bir çox yeni, mühüm sənədlər imzalandı.
Odur ki, Zatulin kimi fırıldaqçılar ölkələrimiz arasında nifaq salmağa nə qədər çalışsalar da, bu cəhdlər uğursuzluğa məhkumdur.
Ermənilərə bu qədər önəm verən Zatulinin Ermənistanda persona non-qrata elan edilməsi diqqət çəkir.
Görünür, ermənipərəst təxribatçı pulu o qədər sevir ki, öz qüruruna əhəmiyyət vermir. O, ağalarının önündə yalvarmağa hazırdır, yalnız onlar mütəmadi olaraq ona sovqatlar versinlər.
Onun təxribat və yalanlarla dolu bəyanatları Azərbaycana qarşı nifrət yaratmaq məqsədi daşıyır, amma necə deyərlər, “it hürər, karvan keçər”.
Zatulinin fikri qətiyyən önəm kəsb etmir. Onun Azərbaycana qarşı mənfi fikirlər səsləndirmək cəhdləri onu göstərir ki, o, hətta Ermənistanın özü üçün belə sülhə əhəmiyyət vermir, çünki bu cür hərəkətlər yalnız onun maraqlarına zərər verir.
K.Zatulin mütəmadi olaraq erməni dezinformasiya meydanında çıxış edir, öz yöndəmsiz çıxışları və absurd bəyanatları ilə təkcə Azərbaycanı deyil, qardaş Türkiyəmizi də ləkələməyə çalışır. Yeri gəlmişkən, o, Moskva ilə Ankara arasında münasibətləri korlaya bilmədi.
Onun davamlı pafoslu cəhdləri uğursuzluğa məhkumdur, çünki nə Azərbaycan, nə Türkiyə, nə də Rusiya ermənilərin ucuz təxribatlarına heç vaxt əhəmiyyət verməyəcək. Zatulin sadəcə olaraq böyük oyun oynamağa çalışan bir piyondur, o, naşılıqlarının real geosiyasi proseslərə təsir etmək iqtidarında olmadığını dərk etmir.//Day.az
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ