İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaporojye AES Rusiyanın mülkiyyətinə keçəcək - Putindən FƏRMAN

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojya Atom Elektrik Stansiyasının Rusiyanın mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb.

Sfera.az xəbər verir ki, Kreml Sarayının saytında dərc olunan fərmanda Zaporojye AES-in fəaliyyəti üçün lazımi icazələrin veriləcəyi bildirilib. Fərmanda qeyd olunub ki, bu elektrik stansiyası Rusiyanın federal mülkiyyətinə keçəcək və bu istiqamətdə Rusiya hökumətinə göstəriş verilib.

Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR