İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəlik adına yığılan pula 1 ev, 17 maşın aldı – ŞOK ETİRAF

Antalyada SMA xəstəsi Mustafa Yağız G.-nin ölümündən sonra qeyri-qanuni yollarla toplanan yardım pullarının başqa hesablara köçürülməsi ilə bağlı aparılan istintaqda 8 şübhəli şəxs də tutulub. Daha öncə iki şübhəli həbs edilmişdi.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində təxminən 25 milyon TL dəyərində 17 avtomobil, 2 torpaq sahəsi və 1 mənzil müsadirə edilib.

Məlumat üçün bildirək ki, ailəsi Mustafa Yağız G-nin xaricdə müalicəsi üçün lazım olan 33 milyon TL-ni toplamaq məqsədilə Antalya valiliyinə müraciət edərək yardım kampaniyası başladıb və valilik hesabına 26 milyon TL toplanıb. Lakin ailə qanuni icazə olmadan daha bir xeyriyyə kampaniyası başladıb və həmin kampaniyadan toplanan 167 min dolları isə şəxsi hesablarına köçürüblər. Şübhələnən vətəndaşlar vəziyyəti başa düşdükdən sonra toplanan pulun valiliyin hesabına köçürülməsini tələb edib və kampaniyanı dayandırıblar.

Qeyd edək ki, 2018-ci ildə anadan olan Mustafa Yağız ötən ilin 21 iyun tarixində SMA xəstələyindən dünyasını dəyişib. Onun ölümündən sonra polis “Ağ kəpənək” əməliyyatı adı altında araşdırmaya başlayıb və hadisəylə bağlı 10 nəfər şübhəlini tutub.

Faktla bağlı araşdırma davam etdirilir.

Musavat.com

xestelik.jpeg (48 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR