Onlayn ictimai-siyasi qəzet
“Ermənistan təsir zonaları olan “kiçik Suriyaya” çevrilir. Rus qoşunları, avropalı müşahidəçilər, indi isə amerikalılar Ermənistanda olacaq”.
Musavat.com xəbər verir ki, “Alpha News”un baş redaktoru Tiqran Köçəryan pravda.ru-nun xüsusi müxbiri Dərya Aslamovaya müsahibəsində belə deyib.
Erməni politoloq deyib ki, faktiki Rusiya bölgədə mövqelərini sürətlə itirir.
“Ankara ilə diplomatik əlaqələr qurulan kimi isə Gümrüdəki Rusiya bazası, Türkiyə ilə sərhəddəki rus sərhədçilərinin taleyi də sual altında qalacaq. Rusiya Ermənistanın cənub hissəsindən çıxarıldı, indi də ölkənin cənubunda Rusiya konsulluğunun açılmasına icazə vermirlər. Eyni zamanda, simvollardan, milli mövqelərdən uzaqlaşma müşahidə olunur: ermənilər üçün müqəddəs sayılan Ağrı dağı tədricən dövlət rəmzlərindən çıxarılır, Paşinyan onu Araqats dağı ilə əvəz edir, XİN isə erməni soyqırımının tanınmasının prioritet məsələ olmadığını bəyan edir”.
Erməni baş redaktora görə, Rusiya bölgədən gedəndə “Ermənistan Türkiyə ilə Azərbaycan arasında suverenliyi olmayan tranzit məntəqəyə çevriləcək”:
“Əliyev öz vətəndaşlarının Ermənistan ərazisinə qaytarılmasında israr etməkdə davam edir. Bura 300 min azərbaycanlı qaçqın qayıtsa, bu, ilk növbədə, demoqrafik bomba olacaq. İkincisi, bu, siyasi bomba olacaq, çünki bu insanlar artıq seçkilərdə iştirak edə biləcəklər”.
Köçəryan deyib ki, belə davam etsə, hətta Paşinyandan sonra gələn güclü lider də “Azərbaycana güzəştlərinə yenidən baxa” bilməyəcək. Köçəryan İranın Zəngəzurla bağlı mövqeyi haqda da danışıb:
“İran çox zəifləyib. Livanda, Suriyada təsirini itirib. Hizbullah və HƏMAS-ın “başı kəsilib”, SEPAH komandirləri bir-birinin ardınca öldürülür. İranın özündə də Tehranın bu regionda müstəqil oyunçu olmasını istəməyən müəyyən hakimiyyət qolu var. Onlar beziblər, yaxşı yaşamaq, iPhone istəyirlər.
Onlara bütün bu postmodernizm, post-Avropa lazımdır. Və Ermənistanda çoxlarının sualı var: İran belə asanlıqla, gözünü qırpmadan Hizbullahı təslim edib Suriyanı, HƏMAS-ı təslim edibsə, Zəngəzur dəhlizi uğrunda Türkiyə və Azərbaycanla döyüşəcək, ya yox? Mənim cavabım “yox”dur”. Rusiya da Azərbaycanı cilovlamaq üçün əsas regional rıçaqını itirib və indi başqa təsir yolları axtarmağa məcburdur”.
Erməni politoloqa görə, 2021-ci ildə Rusiya siyasi dairələrinin bir hissəsi Robert Köçəryanı deyil, Paşinyanı dəstəklədiyi zaman səhvə yol verib:
“Bundan sonra Paşinyan vədlər verdi - konsulluqlar açmaq, rus məktəbləri tikmək, sərhədçiləri yerləşdirmək - və hakimiyyət naminə hər şeyə hazır olan əlverişli tərəfdaş kimi göründü. İndi o, bu vədlərindən əl çəkib . Rusiyada Ermənistan istiqamətində işləyən komandanı təzələyib həm cəmiyyətlə, həm də müxalifətlə əlaqə yaratmaq, yerli hakimiyyət orqanları ilə onların başa düşdüyü dildə danışmaq lazımdır”.
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ