Onlayn ictimai-siyasi qəzet
Azərbaycan-Ukrayna münasibətlərinin yeni mərhələsinə Rusiyanın qıcıqlı reaksiyası davam edir. Yada salaq ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Bakıda səfərdə olub, bir sıra razılaşmalar əldə olunub. Azərbaycan Ukraynaya humanitar yardım dəstəyini artırıb. Rusiya silahlı qüvvələri isə Ukrayna ərazisindəki Azərbaycana məxsus enerji obyektlərinə ardıcıl zərbələr endirib.
Bundan sonra Prezidenti İlham Əliyev ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Danışıq zamanı Rusiya silahlı qüvvələrinin Ukraynada Azərbaycan qazının nəql olunduğu qaz infrastrukturu və Odessadakı SOCAR neft bazasına zərbələr endirməsi məsələsi müzakirə edilib.
Rusiya ərazisində Azərbaycan diasporuna, iş adamlarına qarşı da repressiv metodlara əl atmaqla, media məkanında qarayaxma kampaniyası aparmaqla ökəmiz əleyhinə mövqe sərgiləyir. Görünən həm də odur ki, Ukrayna müharibəsi fonunda Rusiyanın Azərbaycana qarşı düşmənçilik siyasəti Kremlin ənənəvi imperiya strategiyasının davamıdır.
Musavat.com xəbər verir ki, bu günlərdə Azərbaycan əleyhinə növbəti böhtan kampaniyasına start verilib. Belə ki, Müharibə Zonası (TWZ) analitik layihəsi Azərbaycanın guya Ukraynaya MiQ-29 qırıcılarının ötürməsi şübhələsi haqda yalan iddia ilə çıxış edib, bəzi Rusiya mediası da bu yoxlanılmamış yalan məlumatı öz səhifələrdə yerləşdiriblər.
İddia olunur ki, guyas “Ukraynanın darmadağın edilmiş MiQ-29 qırıcıları donanmasını kifayət qədər gözlənilməz mənbədən – Azərbaycandan dəstək verildiyinə dair sübutlar ortaya çıxıb” deyə, məqalədə qeyd olunur. Guya “analitiklər bu qənaətə Ukraynaya məxsus MiQ-29 təyyarəsinin Azərbaycanda səciyyəvi mavi, boz və bənövşəyi-boz rəngli kamuflyajla çəkilmiş sosial şəbəkələrdə yayılan fotosu əsasında gəliblər”.
Yalanı necə deyərlər, “kamflyuj edilməsi üçün” Azərbaycanın Ukraynaya yardım üçün pul ayırdığı yada salınır.
Böyük ehtimalla yalanı tirajlayan vaxtilə "Wargonzo" adlanan ermənipərəst bloger Semyon Peqova bağlı layihədən gedir. Qeyd edək ki, erməni əsilli media maqnatı Aram Qabrielyanın maliyyələşdirdiyi “Wargonzo” layihəsi İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanla bağlı dezinformasiyaların yayılması ilə məşğul olub. Kanalın müəllifi Semyon Peqov o zaman Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ