İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA: Əfqanıstanda zəlzələdən sonra xilasedicilər yalnız kişilərə yardım göstərib - QADINLAR İSƏ...

Əfqanıstanda baş verən zəlzələdən sonra xilasedicilər yalnız kişilərə yardım göstəriblər.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.

Məlumata görə, xəsarət alan qadınlar dağıntılar altında qalaraq yalnız digər qadınların və ya yaxın kişi qohumlarının köməyini gözləməli olublar.

Ənənəvi qaydalara əsasən, eyni ailəyə mənsub olmayan qadın və kişilərin fiziki təması qadağan edilir.

Nəticədə bir çox qadınlara tibbi yardım göstərilməyib, bəziləri isə dağıntılar altında qalıb.

Xatırladaq ki, avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Əfqanıstanın şərqində güclü zəlzələ olub.

Rəsmilərin sentyabrın 4-də verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 2,2 mini ötüb, 3,6 mindən çox insan isə xəsarət alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR