İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Pentaqonla bağlı qərarı ABŞ-a milyardlarla dollara başa gələcək

ABŞ Müdafiə Nazirliyinin adının “Müharibə Nazirliyi” ilə əvəzlənməsi ölkəyə milyardlarla dollara başa gələ bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri yazır.

Məlumata görə, sadəcə “kosmetik” prosedur çox baha başa gələcək. Nazirliyin simvolikası və emblemləri ABŞ-ın 50 ştatında və dünyanın 40 ölkəsində yerləşən 700 mindən çox obyektdə dəyişdirilməlidir.

Buraya binalar, sənədlər, hərbi formalar, lövhələr və bütün atributika daxildir. Bildirilir ki, ad dəyişikliyi qurumun işinin mahiyyətini heç bir halda dəyişməsə də, xərclər milyardlarla ölçülə bilər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Müdafiə Nazirliyinin (Pentaqon) adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib. ABŞ Prezidenti müvafiq sərəncamı Oval ofisdə kameralar qarşısında imzalayıb.

Qeyd edək ki, ABŞ Müharibə Nazirliyi 1789-1947-ci illərdə mövcud olub, 1947-1949-cu illərdə Ordu Nazirliyi, 1949-cu ildən isə ABŞ Müdafiə Nazirliyi adlandırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR