İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağırsaq sağlamlığına zərər verən 4 meyvə

Doktor Saurabh Sethi bəzi meyvələrin bağırsaq sağlamlığına mənfi təsir göstərə biləcəyini açıqlayıb.

Çox yetişmiş bananlar bağırsaq üçün faydalı deyil. Yetişmiş banandakı nişasta sadə şəkərlərə çevrilir, qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olur və faydalı bakteriyalar üçün qida rolunu azaldır.

Üzüm lif baxımından zəif olduğundan qan şəkərini sürətlə qaldıra və şişkinliyə səbəb ola bilər. Portağal tərkibində C vitamini və həll olunan liflər olsa da, bağırsaq üçün nar qədər təsirli deyil.

Qovun lif baxımından aşağıdır və tək istehlak edildikdə qan şəkərini yüksəldə bilər.

Buna qarşı nar, kivi və alma bağırsaq bakteriyalarını qidalandırır, həzmə kömək edir və mikrob müxtəlifliyini artırır. Armud yüksək lif tərkibi ilə toxluq hissi verir, amma həddindən artıq istehlakı qazlanmaya səbəb ola bilər.

Araşdırmalar göstərir ki, gündə beş porsiya meyvə və tərəvəz ürək xəstəliyi, insult və bəzi xərçəng növləri riskini azaldır.//E-saglam.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR