İnsanlara hürriyət, millətlərə istiqlal!

Psixoloqdan yeniyetmələrlə bağlı ŞOK XƏBƏRDARLIQ: Bu halda narkoman olurlar

Yeniyetmələrin psixologiyası mövzusunda danışan psixoloq Elmir Əkbər valideynlərə ciddi xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, "Künc-bucaq" yutub kanalına müsahibə verən pqsixoloq gənclərin aqressiyası və səhv addımları barədə danışıb.

Onun sözlərinə görə, gənclərin aqressiyasına və səhv addımlarına vaxtında nəzarət edilməsə, bu, gələcəkdə ağır nəticələrə gətirib çıxara bilər.

“Qəzəbini cilovlaya bilməyən gənc sabah narkoman, alkoqolik və ya qumarbaz ola bilər. Çünki bu dövr insanın həm fizioloji, həm də psixoloji partlayış mərhələsidir”, – deyə psixoloq bildirib.

Mütəxəssis vurğulayıb ki, valideynlər çox vaxt övladlarının səhvlərini görmək istəmir, yaxud öz problemlərini uşaqlarına yükləyirlər:

“Valideyn əvvəlcə özünü tərbiyə etməlidir ki, övladını düzgün yetişdirə bilsin. Əgər ata və ya ana psixoloji baxımdan gərgin və aqressivdirsə, bu hal övlada da keçir. Sosial şəbəkələrdə uşaqları ailələrdən uzaqlaşdıran və məhv edən qüvvələr var. Valideynlər mütləq övladlarının onlayn həyatına nəzarət etməlidirlər. Hər yerindən duran, əxlaqsız və ya dələduz özünü psixoloq adlandıra bilir. Belələri uşaqları daha ağır vəziyyətə sala bilər. Valideynlər mütləq şəkildə mütəxəssisin diplomunu rəsmi qurumların bazasında yoxlamalıdırlar”.

Mütəxəssis valideynləri narkomaniya mövzusunda da diqqətli olmağa çağırıb:

“İndiki narkotik vasitələr elədir ki, valideyn övladının narkoman olduğunu asanlıqla anlaya bilmir. Hətta bəzi dələduzlar ‘reabilitasiya mərkəzi’ adı ilə insanları daha təhlükəli narkotiklərə öyrəşdirirlər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR