İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putinin orada iştirakına şad olardım"

ABŞ prezidenti Donald Tramp 2026-cı ildə G20 sammitinin onun qolf klubunda keçiriləcəyini elan edib.

Donald Tramp 2026-cı il G20 sammitinin onun qolf klubunda keçiriləcəyini elan etdikdən sonra jurnalistlərlə söhbət edib:

"Gələn il millətimizin 250 illik yubileyini qeyd etdiyimiz kimi, Birləşmiş Ştatlar təxminən 20 ildən sonra ilk dəfə olaraq burada G20 sammitinə ev sahibliyi etmək şərəfinə nail olacaq".

Tramp bildirib ki, o, artıq Polşanı gələn il G20 sammitinə dəvət edib və Ukraynadakı müharibəsinə baxmayaraq, Rusiya prezidentini də dəvət etmək fikrini istisna etmir. O, Vladimir Putin və Xi Jinpinginin sammitdə iştirakına şad olacağını bildirib.

"Bu, maraqlı sualdır. İştirak etmək istəsələr, onların orada olmasına şad olardım. Onlar müşahidəçi kimi gələ bilərdilər. Onların müşahidəçi olmaq istəyəcəklərinə əmin deyiləm. Amma istəsələr, biz bunu mütləq müzakirə edə bilərik", - Tramp bildirib.

Qeyd edək ki, G20 sammiti təxminən 20 ildən sonra ilk dəfə ABŞ-da keçiriləcək və ölkənin müstəqilliyinin 250-ci ildönümünə təsadüf edəcək. Tədbirin keçiriləcəyi məkan isə Florida ştatının, Mayami şəhəridir./Milli.Az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR