İnsanlara hürriyət, millətlərə istiqlal!

Xersonun qondarma qubernator müavini: “Şoyqu zabit olsaydı, özünü güllələyərdi”

Ukraynanın işğal altında olan Xerson vilayətinin Rusiya tərəfindən təyin olunan “qubernator”un müavini Kirill Stremousov son dövrlərdə Rusiya qoşunlarının geri çəkilməsində “səriştəsiz generalları” suçlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, özünün telegram kanalında yazıb.

"Çoxları deyir ki, bu vəziyyətə yol verən müdafiə naziri bir zabit kimi özünü güllələyə bilərdi. Amma bilirsinizmi, zabit sözü çoxları üçün anlaşılmaz gəlir", - deyə, Stremousov yazıb. Məlum olduğu üzrə Rusiyanın müdafiə naziri Sergey Şoyqudur, lakin Stremousov onun adını çəkməyib. “Qubernator müavini”, Müdafiə Nazirliyinin təkcə “nazirlərdən, ortabab və korrupsioner generallardan və talançılardan ibarət olmadığını” vurğulayıb.

Qeyd edək ki, son günlər müharibəyə dəstək verən bir sıra tanınmış bloqçular və ictimai xadimlər həm cəbhədəki uğursuzluqlarla, həm də səfərbərlik zamanı yaranan problemlərlə bağlı Müdafiə Nazirliyini tənqid atəşinə tuturlar. Xüsusilə, Çeçenistanın rəhbəri Ramzan Kadırov və “Vaqner ÖHŞ”nin başçısı Yevgeni Priqojin kəskin tənqidi çıxışlar edirlər. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, istefada olan general Andrey Kartapolov isə nazirliyi “yalan danışmağı dayandırmağa” çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR