İnsanlara hürriyət, millətlərə istiqlal!

Xersonun 29 yaşayış məntəqəsi ruslardan azad edildi

Oktyabr ayı ərzində Ukrayna hərbçiləri Xerson vilayətinin 29 yaşayış məntəqəsini Rusiya ordusundan azad edib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini briqada generalı Aleksiy Qromov brifinq zamanı bildirib .

O həmçinin qeyd edib ki, ruslar Ukrayna Silahlı Qüvvələrinin irəliləyişinin qarşısını almaq, işğal olunmuş mövqeləri saxlamaq və itirilmiş ərazilərə nəzarəti bərpa etmək məqsədi ilə Xerson istiqamətində əks-hücumlar edirlər.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR