Onlayn ictimai-siyasi qəzet
Xarici diplomların tanınması qaydaları təsdiqlənib.
Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü İlqar Orucov bildirib ki, yeni qaydalarda əsas məqamlardan biri də xaricdə ali təhsil üzrə ixtisasların tanınmasında iki formanın müəyyənləşməsidir. Onlardan biri akademik, digəri isə peşə tanınmasıdır. Xarici diplom sahiblərinə Azərbaycanda işləmək və təhsilini davam etdirmək hüququ verilib.
Tanınma üzrə ümumi tələblər sırasında müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması da yer alıb.
Yeni qaydalar prosesin daha şəffaf şəkildə həyata keçirilməsinə şərait yaradacaq.
Musavat.com Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ