Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Florida ştatında yerləşən Florida Dövlət Universitetində (FSU) baş verən dəhşətli silahlı hücumla bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Musavat.com yerli polis orqanlarının yaydığı son məlumatlara əsasən xəbər verir ki, Tallaheesi adlı şəhərdə yerləşən universitet kampusunda həyata keçirilən hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Hücumun yeni detallarını hüquq-mühafizə orqanları bir qədər əvvəl ictimaiyyətə açıqlayıb.
Əldə olunan məlumata əsasən, atəş açan şəxs Florida Dövlət Universitetinin 20 yaşlı tələbəsidir. Şok doğuran fakt isə odur ki, həmin şəxs yerli şerif müavinlərindən birinin oğludur. O, hücum zamanı anasının sabiq xidməti silahından – tapançadan istifadə edib. Silahlı şəxs polis tərəfindən yaralanaraq zərərsizləşdirilib və hazırda xəstəxanada mühafizə altında saxlanılır.
Araşdırmalar zamanı hüquq-mühafizə orqanları hücumçunun üzərində hadisə zamanı istifadə etdiyi tapançanı aşkarlayıb. Bundan əlavə, universitetin tələbə ittifaqı binasında bir tüfəng və onun avtomobilində daha bir odlu silah tapılıb.
Universitet rəhbərliyi və polis kampusun təhlükəsiz olduğunu bəyan etsə də, tələbələrə cinayət baş verən zonalardan uzaq durmaları tövsiyə olunub. Florida Dövlət Universitetində bütün dərslər və tədbirlər sabahadək dayandırılıb.
Hazırda istintaq orqanları hadisənin motivlərini araşdırır. ABŞ cəmiyyətində isə bu növbəti universitet faciəsi silahlara nəzarətlə bağlı müzakirələri yenidən alovlandırıb. Gözlənilir ki, yaxın günlərdə rəsmi orqanlar tərəfindən daha ətraflı açıqlama veriləcək.
Bundan əvvəlki xəbərlərdə ölü sayı 5 nəfər göstərilirdi. Rəüəmlər son məlumatda daha doğrudur.
Xəbərin qaynağı bu linkdə: https://edition.cnn.com/us/live-news/fsu-campus-shooting-04-17-25#cm9ltd03d000n3b6n81r398pt?utm_medium=social&utm_source=whatsappCNN&utm_content=2025-04-17T20:45:14
Musavat.com
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ