İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda kimsəsiz kişi xəstəxanadan QOVULUB? - AÇIQLAMA

Sosial şəbəkədə Sumqayıtda kimsəsiz kişinin xəstəxanadan qovulması ilə bağlı görüntülər müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, yayılan görüntülər və səslənən fikirlərin heç bir əsası yoxdur:

"Görüntülərdə olan şəxsin Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına heç bir müraciəti qeydə alınmayıb. Həmin şəxs tüfeyli həyat tərzi sürür və bu gün müvəqqəti olaraq Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qısa müddətdə isə Sosial Xidmətlər Agentliyi tərəfindən sığınacağa yerləşdirilməsi nəzərdə tutulub", - məlumatda deyilir. 

Screenshot_2.png (357 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR