Onlayn ictimai-siyasi qəzet
Bu gün Xankəndidə avtomobil qəzası baş verib, 4 nəfər hadisə yerində ölüb.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlum olub ki, səhər saatlarında Xankəndidə Rusiya sülhməramlılarının 1992-ci il təvəllüdlü sürücüsü İ.Y.-nin idarə etdiyi avtomobil 1996-cı il təvəllüdlü E.Q.-nin idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü xəstəxanaya yerləşdirilib. Həmin vaxt avtomobildə olan dörd qadın hadisə yerində həyatını itirib.
Sürücünün vəziyyəti ağırdır.
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ