İnsanlara hürriyət, millətlərə istiqlal!

"20 sentyabr qeyri-iş günü olsun" - TƏKLİF

"20 sentyabrın qeyri-iş günü olması lazımdır. Çünki bu tarix 8 Noyabr qədər önəmlidir".

Musavat.com bildirir ki, bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

ELDENİZ SON.jpeg (283 KB)

"2016-cı ilin aprel ayında ilk qığılcımları başlayan, 2020-ci ilin 44 günü ərzində zirvəyə yüksələn Azərbaycanın suverenliyi uğrunda dövlətin şərəfli mübarizəsi məhz 20 sentyabrda uğurla tamamlandı. Ölkəmiz prinsipial, iradəli və sözündən dönməyən sərkərdənin qətiyyəti ilə qalıq ünsürlərdən tamamilə təmizləndi.

Sonuncu dəfə nə vaxt 86,6 min kv.km ərazinin hamısına nəzarət edə bilmişik? Bir günün içində müvafiq qanunvericilik aktlarında dəyişiklik etmək mümkün olmadığı üçün bu gün iş günü olması başa düşüləndir. Lakin Dövlət Suverenliyinin 2-ci ildönümünə qədər məsələnin qanunvericilik tərəfləri öz həllini tapacaq və Azərbaycan xalqı bu günü intiqam günü olaraq, Qara 20 Yanvarın əksi kimi, Qızıl 20 sentyabr olaraq qızıl tarix kimi əsrlər boyu yaşayacaq və yaşadacaq. Dövlət Suverenliyi Günümüz mübarək!", - deyə ekspert qeyd edib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR