İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovla Mask arasında “Cybertruck” söhbəti - Kim yalan deyrir?

Çeçenistanın rəhbəri Ramzan Kadırov xüsusi əməliyyat zonasına iki “Cybertruck” avtomobili göndərildiyini açıqlayıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, o, Teleqram kanalında yazıb: “Qərb texnologiyası müəyyən edilmiş vəzifələrin öhdəsindən mükəmməl gəlir - öz Qərb Ukronato üzvlərimizə qarşı".

Kadırovun sözlərinə görə, maşınlar saz işləyir. Rusiya regionunun rəhbəri deyir ki, “Cybertruck” üçün daha yaxşı reklam düşünmək mümkün deyil.

Avqust ayında Kadırov “Tesla” şirkətinin sahibi İlon Maskdan “Cybertruck” aldığını açıqlayıb. Ancaq İlon Mask bu barədə ona sual verən jurnalistə belə deyib: “Siz o qədər kütbeyinsiniz ki, mənim belə hərəkət etdiyimi düşünürsünüz?”

Dünən isə Çeçenistan rəhbəri deyib ki, amerikalı iş adamı “çirkin” hərəkət edib və ona hədiyyə etdiyi “Cybertruck”ı sıradan çıxarıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR