İnsanlara hürriyət, millətlərə istiqlal!

İlkin də bu yoldan şikayətçidir - FOTO

Aparıcı İlkin Həsəni Bakının Xətai rayonu Xocalı prospektində hərəkətin təşkili ilə bağlı aparılmış xətlənmə işlərindən şikayətçidir.

Bu barədə aparıcı sosial media hesabında paylaşım edib. 

"Deyəsən, illər öncə "Nehrəm" stadionunun tikintisində mühəndislik edənlər AYNA-ya (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) işə düzəliblər" deyə, İlkin paylaşımında yazıb. 

Qeyd edək ki, prospektdə yolun hər iki istiqamətində sağ tərəfdə avtobus zolağı çəkilib, ondan sonra isə avtomobillər üçün parkinq yerləri ayrılıb. Sürücülər parkinqə daxil olmaq üçün avtobus zolağının bütöv xətlə ayrılmış hissəsinə daxil olmalıdır ki, bu da qanunla qadağan edilib və inzibati xəta kimi 2 bal + 100 manat cəriməyə səbəb olur. Prospektin sol hissəsində velosiped yolu da təşkil edilib. Bu da müzakirələrə səbəb olub. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR