İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin sonunda “13-cü pensiya” veriləcək - Kimlər alacaq?

Rusiya pensiyaçılarına illik ödənişlərlə bağlı təklif ilin sonuna kimi Dövlət Dumasına təqdim olunacaq.

Bu barədə Dövlət Dumasının vitse-spikeri Boris Çernışov danışıb.

Millət vəkili qeyd edib ki, müvafiq sənədin birinci variantı həmkarları arasında dəstəklənməyib. Lakin inflyasiyanın artması səbəbindən qanun layihəsi getdikcə aktuallaşır.

"Əhalinin pensiyaçılar kimi ən az qorunan təbəqələrinin gəlirləri qiymət artımı sürətinə uyğun gəlmir", - o bildirib.

Çernışov aydınlaşdırıb ki, onun ideyasına görə, “13-cü pensiya” hamı üçün eyni olacaq. O, yeni il ödənişinin maddi yardım kimi nəzərdən keçirilməsini təklif edib./Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR