İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə Azərbaycana görə dava: məşhur separatçı bıçaqlandı – Erkin Qədirli ilə “Canlı debat”

Xankəndidəki separatçılar arasında gərginlik pik həddə çatıb.B u barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, xüsusilə gərginlik Qarabağdakı qanunsuz rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayanla artıb. Belə ki, aprelin 16-da Babayan Xankəndidə “hökumət əleyhinə” “Ümid” akt zalında toplantı keçirib. Toplantı zamanı iştirakçılar arasında toqquşma yaşanıb. Vəziyyət o həddə çatıb ki, tərəflər bir-biri ilə əlbəayaxa davaya çıxıblar. Bunun nəticəsində isə Babayanın partiyasından olan deputat Seyran Ayrapetyan bıçaqlanıb.

Qeyd edək ki, Babayan bundan öncə qondarma rejimdə etiraz aksiyalara başlayacağını bildirib. O həmçinin Araik Arutyunyan və komandasının separatçıları çətin vəziyyətə saldığını, Bakı ilə danışıqların başlanması gərəkdiyini deyib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində millət vəkili Erkin Qədirli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR