İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu rayonda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün İmişli rayonunun 2 kəndində qazın verilişi dayandırılacaq.

“İmişli 1” qaz ölçü qovşağından qidalanan diametri 225 mm, 160 mm və 110 mm PE olan orta təzyiqli “Rəsullu-Məhəmmədli” yeraltı qaz kəmərlərində kipliyin sınağı məqsədilə əlaqədar olaraq, saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli rayonu Rəsullu və Məhəmmədli kəndlərində (287 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR