Onlayn ictimai-siyasi qəzet
Bir il əvvəl, sentyabrın 19-da 24 saat davam edən antiterror əməliyyatları nəticəsində Qarabağ bölgəsində yerləşən Ermənistanın qeyri-qanuni silahlı dəstələri silahı yerə qoymağa, döyüş mövqelərindən və hərbi postlardan çıxmağa və bütün silah-sursatı təhvil verməyə razılaşdılar.
Prezident İlham Əliyevin ustalıqla apardığı diplomatiya və dünyadakı əlverişli şərait şanlı ordumuzun separatçılara həlledici zərbə vurmağa imkan verdi.
2020-ci ilin noyabrında üçtərəfli sənəd imzaladıqdan sonra erməni məsələsinin nöqtələndiyini düşünmək əlbəttə ki, sadəlövhlük olardı.
Baxmayaraq ki, ötən müddətdə də Azərbaycan Xankəndi və ətrafında mövqelərini möhkəmləndirmiş, Laçın postunu qurmuşdu.
Xankəndi Rusiyanın ən qərbindəki Kalininqrad deyildi axı. Dənizə çıxışları yox, dəmiryolu, iqtisadiyyatı yox... Amma sanki ağızlarında hələ də işğal illərinin dadı qamış, reallığı görə bilmirdilər. Hitler Almaniyası da az qala bütün dünya ilə düşmən idi. Alman xalqı işğalçı ideologiyadan, məğlubiyyətin acısından ayıldılar, yenidən ayağa qalxdılar. Qarabağdakı ermənilər isə qanlarına işləmiş zəhərli ideologiyadan əl çəkmədilər, başlarına “dəmir yumruq” dəydi, amma faydası olmadı...
“Qarabağda qalmış ermənilər nə istəyirlər” sualına əmin olun ki, nə o vaxt, nə indi heç özlərində də cavab yox idi. Çünki ermənilərin istədikləri “müstəqil arsax” idisə, o bizdə yox idi, yerli-dibli də olmamışdı. Bizdə olmayanı necə ermənilərə verə bilərdik? Əgər istədikləri ayrıca yaşamaq idisə, bu da mümkün deyildi, çünki Qarabağda məskunlaşdıqları ərazilər də, onun ətrafı da Azərbaycan torpaqları idi. Anlamaq olmurdu ki, bu axmaq toplum necə bu ərazidə “ayrıca” yaşamağı, necə buradan çıxmağı, necə geri qayıtmağı düşünürdülər?
Ermənilər işğaldakı Qarabağda doğulmuş nəsli də məhv etdilər, gələcəklərini baltaladılar. Nə qədər qəddar xalq olasan ki, öz gələcəyini müharibədəki məğlubiyyətdən sonra da yalan-palan təbliğatla məhv edəsən, ərazisində yaşadığın xalqa qarşı yenə də düşmən edəsən. Özləri kimi onları da dərbədər etdilər...
Ermənilərin və onların xaricdəki havadar dövlətlərinin tavrından bəlli idi ki, Bakının antirerror əməliyyatından dərhal sonra təklif etdiyi reinteqrasiya danışqlarının nəticəsi olmayacaq. Ötən ilin sentyabrında üç belə nəticəsiz görüş oldu. Sentyabrın 28-də Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan etdi, 2024-cü il yanvarın 1-dək "idarə" tabeliyində olan bütün "dövlət qurumları" və "təşkilatları" ləğv ediləcəyi və qondarma Qarabağ qurumu öz fəaliyyətini dayandıracağı bəyan edildi. Bu separatizmin tabutuna vurulan son mismar idi. Heç kimin, heç hakimiyyətin də gözləmədiyi halda, bundan sonra ermənilər 3-4 günün içində könüllü köçüb getdilər. Burunları da qanamadan...
Xankəndiyə görə erməni dəstəkçiləri hələ də danışırlar, hələ də danışacaqlar. Özlərin də yaxşı bilirlər ki, hər hansı şərtlər daxilində qayıtsalar belə, Xankəndi indidən sonra heç vaxt, heç 24 saat da “erməni şəhəri” olmayacaq.
Hələ də bəziləri Xankəndi və ətraf rayonların işğaldan azad edilməsinin tarixi əhəmiyyətini başa düşməyiblər. Bir çoxu elə zənn edir ki, Xankəndi və ətraf rayonlar Birinci Qarabağ müharibəsində işğal altına düşüb, azərbaycanlıları oradan qovublar, sentyabrdakı antiterror tədbiri nəticəsində isə Azərbaycan ərazi bütövlüyünü bərpa edib.
Tarixi həqiqət isə belədir ki, 1923-cü ildə mərkəzi görbagör olmuş Stepanakert (Xankəndi) olmaqla yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti seçdirməyə bir daha diqqət edək, HEÇ VAXT İNDİKİ QƏDƏR AZƏRBAYCAN ƏRAZİSİ OLMAYIB.
...Mən hələ getməmişəm Xankəndinə, gedənlər, gəzənlər, gecələr qalanlar çoxdur, bir neçə gün sonra isə Xankəndi Dövlət Umiversitetində ilk dərs ili də başlayacaq. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan antiterror əməliyyatında rəsmi olaraq 192 şəhid verdik, 511 hərbi qulluqçumuz yaralandı. Biz sentyabrda heç torpaq itirmədik, ancaq özümüzün olan geri qazandıq. İtkilərimiz bizi ağrıdır, şəhidlərin haqqı ödənməz. Biz bu günlərimiz, bu qürurlu tarixi günlər üçün onlara borcluyuq. Xankəndi daha Şuşanın “ayağının altındakı şəhər” deyil. İndi orada hər gecə Şuşanın yanan işıqlarını görüb sevinənlər yaşayır. Nə gözəl sentyabrdır...
Nazim SABİROĞLU,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ