İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana məxsus sürət qatarı Tiflisdə GÖRÜNDÜ - Nə baş verir?

May ayından etibarən Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətə başlayacağı ilə bağlı məlumat yayılıb.

Bu məlumatın yayılmasına səbəb "Azərbaycan Dəmir Yolları"na aid sürət qatarının Tiflisidə görünməsi olub.

İddia olunub ki, mayın 1-dən Bakı-Tbilisi-Bakı sərnişin qatarları işə düşəcəyi üçün ADY-ə məxsus qatar yoxlama məqsədi ilə Tiflisə göndərilib.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.z-a açıqlamasında yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.

"Yayılan məlumatın heç bir əsası yoxdur. Çünki həmin qatar sərnişin qatarı deyil. Hərəkətin təhlükəsizliyi üçün mütəmadi olaraq dəmiryol xətlərinin diaqnostikasını aparan qatardır", - deyə B.Hacıyev bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR