Onlayn ictimai-siyasi qəzet
ABŞ daha əvvəl dayandırılmış altı humanitar yardım proqramını yenidən bərpa etmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, Reuters-in yaydığı məlumata əsasən, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) çərçivəsində Livan, Suriya, Somali, İordaniya, İraq və Ekvadorda humanitar yardımların yenidən maliyyələşdirilməsinə başlayır.
Bu qərar, ABŞ administrasiyası və Konqres daxilindən gələn güclü təzyiqlər fonunda qəbul olunub. Məlumata görə, Ümumdünya Ərzaq Proqramı yardımın dayandırılmasının milyonlarla insan üçün “ölüm hökmü” ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Bu çağırışdan sonra ABŞ rəsmi dairələri məsələyə yenidən baxmaq məcburiyyətində qalıb.
WFP rəsmiləri bildiriblər ki, bu proqramların dayandırılması aclıq və humanitar fəlakət riskini kəskin şəkildə artırmışdı. Yardımların bərpası xüsusilə Suriyada və Livanda minlərlə ailənin yaşamaq imkanlarını qismən də olsa bərpa etməyə kömək edəcək.
Ekspertlər hesab edirlər ki, bu addım ABŞ-ın beynəlxalq imicini qorumağa və dünyada humanitar lider rolunu saxlamasına yönəlib. Eyni zamanda, bu qərar ABŞ-ın geosiyasi təsir imkanlarını da gücləndirə bilər.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ