İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə vəziyyət gərginləşdi – Parlament önündə toqquşmalar

 

Gürcüstanın paytaxtı Tiflisdə parlament binasının qarşısında yenidən etirazlar baş qaldırıb. Aksiyalar zamanı bir neçə insident və toqquşma qeydə alınıb.

Musavat.com xəbər verir ki, yerli media nümayəndələrinin məlumatına görə, etirazçılarla naməlum şəxslər arasında qarşıdurma yaşanıb. Sözlü təhqirlər və qarşılıqlı ittihamlar fiziki toqquşmaya çevrilib. Gərginlik xüsusilə parlament binası qarşısındakı Rustaveli prospektində müşahidə olunub.

Etirazçıların qəzəbinə səbəb olan əsas hadisələrdən biri Gldani dairəsindən deputat Konstanti̇n Zarnadzenin aksiya məkanına gəlməsi olub. Onun görünməsi ilə izdiham “rus!” – deyə şüarlar səsləndirib və deputatın 9 Aprel memorialına yaxınlaşmasına imkan verilməyib.

Eyni aqibətlə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin yeznəsi Davit Patsatsia da üzləşib. Aksiya iştirakçıları onun da memoriala getməsinə mane olublar.

Məlumata görə, hadisələrin böyüməməsi üçün parlament binasının ətrafında hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub. Polis qüvvələri ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Gürcü media orqanı “Pirveli” və digər mənbələr bu etirazların davamlı olacağını və vəziyyətin daha da gərginləşə biləcəyini istisna etmirlər. Aksiyaların səbəbi və tələbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR