Onlayn ictimai-siyasi qəzet
Müğənni Sevda Yahyayeva həyat yoldaşı, həkim-genetik Zakir Bayramovun ona qadağa qoymadığını açıqlayıb.
Musavat.com xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində danışıb.
“Hər bir şeydə həyat yoldaşım mənimlə, mən də onunla məsləhətləşirəm. Amma qadağalar yoxdur. Həyat yoldaşım bilir ki, mən öz çərçivələrimi bilirəm. Əlbəttə, o, kənardan öz fikirlərini bildirir. Bizdə fikir qarşıdurması olmur. Bəzən olur ki, insan kənardan özünü görmür. Sonra görürəm ki, həyat yoldaşımın mənə dediyi bu fikir düzdür. Bir geyim geyinəndə əgər o geyim mənə yaraşırsa, deyir ki, geyin. Yaraşmayanda da deyir ki, yaraşmır. Çalışıram ki, mənə yaraşan geyimi geyinim”, - deyə müğənni bildirib.
Qeyd edək ki, cütlüyün Ayla və Aida adında iki qız övladı var.
Musavat.com
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ