Onlayn ictimai-siyasi qəzet
Rumıniya kral evinin rəhbəri Parisdə saxlanılıb.
Musavat.com xəbər verir ki, Rumıniyanın keçmiş kralı II Karolun nəvəsi Pavel-Filip Hohenzollern aprelin 7-də səhər saatlarında Rumıniya hüquq-mühafizə orqanlarının tələbi ilə Fransada saxlanılıb.
"Digi24" telekanalının məlumatına görə, o, ev dustaqlığına buraxılıb.
Rumıniyada Pavel-Filip korrupsiya, çirkli pulların yuyulması və vaxtilə kral ailəsinə məxsus olmuş torpaq sahələri ilə bağlı fırıldaqçılıqda ittiham olunur.
Hohenzoller Rumıniya hakimiyyətləri tərəfindən verilmiş ümumavropa orderinə əsasən saxlanılıb. Rumıniya onun ekstradisiyasını tələb etməyi planlaşdırır.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ