İnsanlara hürriyət, millətlərə istiqlal!

WSJ: “Ukraynalılar Krımı vurmaq üçün...”- ŞOK AÇIQLAMA  

Ukrayna rəsmiləri Krım da daxil olmaqla Rusiyanın nəzarətində olan ərazilərə daha dərindən zərbələr endirmək üçün uzun mənzilli raketlərin istifadə olunmasını tələb edirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, ABŞ rəsmiləri Ukraynanı diqqətini daha çox Xarkov və Xerson ətrafında döyüşlərə cəmləməyə çağırıb. Ukrayna tərəfi isə daha çox silah, o cümlədən “ATACMS” taktiki raket qurğuları kimi qabaqcıl sistemlər tələb edir:

“Bu uzaqmənzilli raketlər Rusiyanın İran istehsalı pilotsuz təyyarələrin buraxılması üçün baza kimi istifadə olunan Krıma zərbələr endirməyə görə lazımdır. Bayden administrasiyası isə indiyədək Ukraynaya Rusiyanın dərinliklərinə zərbə vura biləcək “ATACMS”ları verməkdən imtina edib”,-deyə yazıda qeyd olunub.

“Administrasiyanın bu uzaqmənzilli raketləri təmin etmək istəməməsi Rusiya ilə daha geniş münaqişə riski olmadan Ukraynanı necə dəstəkləmək barədə daha dərin mübahisəni əks etdirir. Bizim onlara bu silahları verməməyimizin səbəbi Krımda hədəflərin vurulması ilə bağlı fikir ayrılığımızdır”, - Konqresdə Demokrat partiyasının nümayəndələrindən biri qəzetə danışıb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR