Onlayn ictimai-siyasi qəzet
Vyetnamın İnformasiya və Texnologiyalar Nazirliyi telekommunikasiya şirkətlərinə Telegram-a girişi məhdudlaşdırmağı əmr edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb isə messencerin cinayət işlərinin araşdırılmasında polisə kömək etməkdən imtina etməsi olub.
Mayın 21-dən etibarən rəsmi sənədə əsasən, operatorlara Telegram-ı iyunun 2-dək bloklamaq tapşırılıb. Sorğu polisin dəstəyi ilə kibertəhlükəsizlik departamenti tərəfindən göndərilib.
Vyetnam hakimiyyəti yerli Telegram kanallarının və çatlarının təxminən 68%-nin qanunu pozduğunu bildirir. Qanun pozuntularına fırıldaqçılıq, narkotik vasitələrin yayılması və ekstremist məzmunun dərci daxildir. Polisin bildirdiyinə görə, Telegram rəsmi sorğular olsa belə, istifadəçi məlumatlarını verməkdən imtina edir.
Telegram rəhbərliyi bu qərardan "təəccüb”ləndiyini bildirib. Şirkət nümayəndəsi deyib ki, onlar artıq səlahiyyətli orqanlardan bildiriş alıblar və mayın 27-də cavab veriləcək rəsmi sorğuya baxırlar.
Messenger hələlik Vyetnamda əlçatandır, lakin səlahiyyətlilər tam blokla təhdid edir. Onlar daha əvvəl sosial şəbəkələrdən, o cümlədən Facebook, TikTok və YouTube-dan dövlət üçün təhlükəli hesab etdikləri materialları yığışdırmağı tələb ediblər.
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ