İnsanlara hürriyət, millətlərə istiqlal!

Vilayətidən maraqlı bəyanat: “ABŞ və İsrail İranı parçalaya bilməyəcək”  

“İran xalqı ABŞ və İsrailin müvafiq cəhdlərinə baxmayaraq, dövlətin parçalanmasına imkan verməyəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri İranın ali dini rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti “Al Mayadeen” saytına müsahibəsində söyləyib.

Onun iddiasına görə, “İran öz inkişafında davam edir və regionda lider mövqeyini qoruyur”.

“ABŞ və İsrail İranı parçalamaq gücündə deyil, İran xalqı buna imkan verməyəcək, lakin dövlətin sanksiyalara baxmayaraq, inkişaf etdiyini və regionda ilk və son sözün bizdə olduğunu gördükləri üçün təzyiqləri artırırlar”,-deyə Vilayəti qeyd edib.

İranın ali liderinin müşavirinin fikrincə, ABŞ Yaxın Şərqi tərk etməlidir, çünki onun Tehranla qarşıdurma yaratmaq üçün resursları yoxdur. Onun sözlərinə görə, amerikalılar regiondakı dövlətləri maneəsiz “talamaq” üçün burada hökmranlıq etməyə çalışırlar.

“Avropalıların bir vaxtlar müstəqil siyasəti var idi, lakin bu gün onlar Amerikaya tabedirlər və Ukrayna böhranı zamanı Avropaya vurulan ziyan ABŞ-dan asılılıqdan qaynaqlanır”, - deyə Vilayəti bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR