Onlayn ictimai-siyasi qəzet
Rusiyada dövlət nömrə nişanlarını gizlədən sürücülər vəsiqələrindən məhrum ediləcək.
Musavat.com rus mediasına istinadən xəbər verir ki, müvafiq qanunu Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Sənəd Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərdən bəhs edir.
Əvvəllər belə bir pozuntuya görə sürücü beş min rubl cərimə və ya bir aydan üç aya qədər hüquqlardan məhrum edilməklə hədələnmişdi. İndi isə bir ildən bir yarım ilədək müddətə hüquqlardan məhrumetmə nəzərdə tutulur. Nömrələri gizlətmək və ya dəyişdirmək üçün cihaz sonradan məhv edilmək üçün müsadirə edilir.
Afaq,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ