İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisi 4-cü oyununda da uduzdu

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti dəfə məğlub olub.

"Report" un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda Slovakiya seçməsinə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

15-ci dəqiqədə komandamızın heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Beş dəqiqə sonra Lukaş Haraslin Slovakiyanın növbəti qoluna imza atıb. 87-ci dəqiqədə David Duriş də adını tabloya yazdırıb.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə yenilib. 

***

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında dördüncü qol vurulub.

"Report"un məlumatına görə, qonaqlar növbəti dəfə fərqləniblər - 3:1.

87-ci dəqiqədə David Duriş adını tabloya yazdırıb.

***

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında üçüncü qol vurulub.

"Report"un məlumatına görə, qonaqlar növbəti dəfə hesabda önə keçiblər - 2:1.

75-ci dəqiqədə Lukaş Haraslin fərqlənib.

***

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk hissə başa çatıb.

Tərəflər fasiləyə qollu heç-heçə ilə yollanıblar - 1:1.

Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.

***

Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk qol vurulub.

15-ci dəqiqədə qonaqlar hesabı açıblar.

Rahil Məmmədov avtoqol müəllifi olub.

@@TVmusavat/98414@@

***

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda təşkil olunan Azərbaycan - Slovakiya oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edir.

Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR